Bu gün Azərbaycan Mərkəzi Bankı mühüm qərarını açıqlayacaq
Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankı 2025-ci il üzrə 4-cü faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 11 iyun 2025-ci il tarixində saat 11:00-da yayımlanacaqdır.
Marja.az xəbər verir ki, ardıcıl 8 iclasdır Mərkəzi Bank faizlərini dəyişməz saxlayır. Aprelin 23-də də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Azərbaycan Mərkəzi Bankının illik inflyasiya hədəfi 4±2% (2% - 6%) aralığındadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Aprel ayında illik inflyasiya 6,3% təşkil edib. Martda illik inflyasiya 5,9% təşkil etmişdi. Beləliklə, inflyasiya cüzi də olsa sürətlənib. May ayı üzrə inflyasiya rəqəmləri hələ ki, açıqlanmayıb. Apreldə inflyasiya Mərkəzi Bankın illik inflyasiya hədəf diapazonunun yuxarı sərəhədini keçib. Eyni zamanda, qarşıda ayları olduğunu nəzərə alsaq, mövsmi amillər ilə əlaqədar olaraq qiymətlərin ümumi səviyyəsinin düşəcəyini gözləmək olar.
"Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır. Belə ki, 2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.", - Mərkəzi Bank 23 aprel 2025-ci il tarixində yaydığı press-relizində bildirmişdi.
"Faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranıb"
"Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır.", - Mərkəzi Bank 12 Mart 2025-ci il tarixində yaydığı press-relizində bildirmişdi.
"Faizləri azaltmaq istəyirdik, lakin qlobal qeyri-müəyyənliklərə görə, gözləmə mövqeyində qaldıq"
23 Aprel 2025-ci il tarixində faiz qərarından sonra Mərkəzi Bankda keçirilmiş mətbuat konfransında Sədr Taleh Kazımov növbəti dəfə faizlərdə dəyişiklik edilməməsinin səbəbini açıqlamışdı:
"Açıq etiraf edim ki, bu dəfə də bizim pauza götürməyimizin səbəbi qlobal qeyri-müəyyənliklərdir. Mart-aprel aylarında beynəlxalq aləmdə baş verən hadisələr olmasaydı, biz yəqin ki, yumşalma istiqamətində qərar qəbul edəcəkdik, faizlər aşağı düşsün. Yenə də biz gözləmə mövqeyində qalmaq barədə qərar qəbul etdik".
Bu gün Azərbaycan Mərkəzi Bankının faizlərini dəyişməz saxlayacağı və ya aşağı salacağı ehtimalı 50/50-dir. Beynəlxalq aləmdə hadisələrin nisbi olaraq sakitləşdiyini və qarşıdakı aylarda mövsümi amillər ilə əlaqədar olaraq qiymətlərin ümumi səviyyəsinin düşəcəyini nəzərə alsaq, Mərkəzi Bankın İdarə Heyətinin faizləri azaldacağını proqnozlaşdırmaq olar. Eyni zamanda, Aprelddə inflyasiya Mərkəzi Bankın hədəf diapazonunun yuxarı sərəhədini keçdiyi üçün Mərkəzi Bank bir müddət də pauza rejimində qala bilər.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat əvvəl
-
-
6 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
8 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
8 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
9 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib






















