Azərbaycanda internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün tədbirlər görüləcək
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) bir sıra internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə görüş keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan Agentliyin İdarə heyətinin sədri Nail Mərdanov telekommunikasiya sahəsində son illər görülən işlər və çağırışlar haqqında məlumat verib.
İKTA rəsmisi “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-yə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının hədəf indikatorları olaraq müəyyən edildiyini xatırladıb. Artıq cari ilin aprel ayının göstəricisinin 54% daha yüksək 76,87 Mbit/s olması barədə məlumat verib.
Müzakirələr zamanı qeyd edilib ki, 2020 – 2025-ci illər üçün nəzərdə tutulmuş hədəflərə operatorlar və provayderlərlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə uğurlu fəaliyyəti nəticəsində çatmaq mümkün olub.
Nail Mərdanov əlavə edib ki, hazırda ölkəmizdə 2,2 milyon sabit genişzolaqlı internet abunəçisi mövcuddur ki, onlardan da 1,7 milyonu, yaxud 78%-i GPON texnologiyası istifadə edir. Bu texnologiya üzərindən 1 Gbit/s internet sürətinin təqdim olunması mümkündür. Hazırda 2,9 milyon ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı təmin olunub.
“Yenilənmiş infrastruktur, müştəri təcrübələri, latent tələb və digər araşdırmalar göstərir ki, internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün operator və provayderlərimiz artıq 150-200 Mbit/s-dən yuxarı internet sürət paketləri təqdim etməlidirlər. Bunun üçün telekommunikasiya infrastrukturu 1 Gbit/s və yuxarı internet sürətlərini dəstəkləməli və yüksək sürət paketləri təqdim edə bilməlidirlər. Ölkədə internetdən istifadə sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün yüksəksürətli xidmət təkliflərinin olması zəruridir”, – deyə İKTA sədri qeyd edib.
Ölkədə internetin sürətinin artırılması və bu baxımdan “Ookla”nın “Speedtest Global Index” reytinqində irəliləmək imkanları haqqında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, indikatorların növbəti illərdə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün indidən lazımi tədbirlər görülməsi, hazırlıq işlərinə başlanılması lazımdır.
Mövcud 2,2 mln qoşulmalardan təxminən 100 mini ADSL, 400 mini “Ethernet” bağlantısı (ETTH) və sabit simsiz internet bağlantısı (FWA) texnologiyası vasitəsilə təmin edilir. Beləliklə, müasir və rəqabətə davamlı təkliflər verə bilmələri üçün köhnəlmiş texnologiya istifadə edən operatorlar şəbəkələrinin texnoloji yeniləşdirilməsi barədə zəruri addımlar atmalıdırlar.
Daha sonra inkişaf etmiş ölkələrdə təqdim edilən internet sürət paketləri nümayiş etdirilib.
Təklif edilib ki, növbəti müzakirələrə qədər operator və provayderlər bu hədəfə çatmaq üçün atacaqları addımları müəyyən etsin, bu istiqamətdə daxili təhlillər edərək təkliflər hazırlasınlar. Tənzimləyici qurum isə öz növbəsində bu istiqamətdə onlara lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.
Qarşılıqlı anlaşma şəraitində keçirilən görüşün sonunda problemlərin aradan qaldırılması məqsədilə bu tipli görüşlər, seminar və təlimlərin davamlı keçirilməsi qərara alınıb.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























