AZCON-da yeni təyinat
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilibAzərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) baş kommunikasiya inzibatçısı – Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə direktor təyin edilib.
Bu vəzifə Əlibaba Oktay oğlu Əliyevə həvalə olunub.
Ə.Əliyev 1980-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq üzrə bakalavr və Birləşmiş Krallığın Kent Universitetində Beynəlxalq əlaqələr üzrə magistratura, daha sonra Belçikanın Vlerik Biznes Məktəbində Biznesin idarə edilməsi (MBA) üzrə magistratura təhsili alıb. O, həmçinin Birləşmiş Krallığın İctimaiyyətlə Əlaqələr üzrə İxtisaslaşdırılmış İnstitutunun (Chartered İnstitute of Public Relations, CIPR) məzunudur.
Ə.Əliyev əmək fəaliyyətinə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regional ofisində başlayıb. 2003-2017-ci illərdə şirkətin Əlaqələr və xarici işlər departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2019-2024-cü illərdə isə Norveçin “Equinor” (əvvəl Statoil) şirkətinin Azərbaycandakı Nümayəndəliyində Kommunikasiya və dövlət qurumları ilə əlaqələr departamentinin rəhbəri olub və eyni zamanda şirkətin beynəlxalq layihələrinə töhfə verib.
Ə.Əliyev ADA Universitetində İxtisasartırma Proqramı çərçivəsində liderlik səriştələrinin artırılması üzrə seminarlar keçir.
APA
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
8 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
























