Pambığın təhvil verilməsinin təsdiq edilməsi prosesi elektronlaşdırılacaq
Pambığın təhvil verilməsinin (alınmasının) təsdiq edilməsi prosesi elektronlaşdırılacaq.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Pambıqçılıq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, qanun layihəsi pambığın alqı-satqısının sənədləşdirilməsi qaydasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci (elektron qaimə-fakturaları) və 71-2-ci maddələrinin (malların alış aktı) tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb. Belə ki, qanun layihəsinə əsasən pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdə tutulan “pambıq qəbulu sənədi”nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur.
Pambıq qəbulu qəbzi - üzərinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən alınan xüsusi seriyaların həkk edildiyi ciddi hesabat blankı olub pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunun 11.3 və 14-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları”na əsasən pambığın alqı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq olunmuş forma və rekvizitlərə uyğun ciddi hesabat blankı olan kağız daşıyıcılarda pambıq qəbulu qəbzi ilə sənədləşdirilir.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasıQaydası”nın 3.14-cü bəndinə əsasən məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər.
Subsidiyaların verilməsi prosesi zamanı digər kənd təsərrüfatı məhsullarında (buğda, şəkər çuğunduru və s.) məhsulun təhvil verilməsi elektron sənədlərlə (elektron qaimə-faktura və ya elektron alış aktı) təsdiqlənir. Yalnız pambıq üzrə bu günə qədər qəbul qəbzi kağız şəklində istifadə olunur ki, bu da “Elektron kənd təsərrüfatı informasiya sistemi”ndə (EKTİS) ikili yanaşma və statistik uyğunsuzluq yaradır. Həmçinin kağız sənədlər EKTİS ilə Dövlət Vergi XİdmətininAvtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS) inteqrasiya olunmur, bu da məlumat axınında gecikmələr və uyğunsuzluq yaradır. Bununla yanaşı, kağız sənədlərlə aparılan əməliyyatlar üzrə real vaxtda izləmə və yoxlama imkanı yoxdur, bu isə büdcə vəsaitlərinin nəzarətsiz xərclənməsi riskini artırır.
Qeyd edilənlərə əsasən pambıq məhsulunun qəbul qəbzinin kağız daşıyıcılarda tərtib olunması həm prosesin elektronlaşmasına və asanlaşmasınamane olur, belə ki, vətəndaşlar qəbzi skan edərək EKTİS-ə daxil etməyə məcbur qalırlar.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə əsasən malların təhvil verilməsi (təhvil alınması) elektron qaimə-faktura və malların alış aktı ilə təsdiq edilir. Həmin sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış “elektron qaimə-faktura” və ya “elektron alış aktı” altsistemində elektron qaydada hazırlanır və təsdiqlənir.
Elektron qaimə-fakturanın və elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə AVİS vasitəsilə həyata keçirilir. Elektron qaimə-fakturanın və elektron alış aktının seriya və nömrəsi AVİS vasitəsilə verilir və müvafiq olaraq eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. AVİS-dən inteqrasiya edilən məlumatlar əsasında vətəndaşlardan əlavə sənəd tələb edilmədən məhsul subsidiyası hesablana bilər.
Layihənin qəbul edilməsi nəticəsində pambıq bitkisinə münasibətdə də məhsulun təhvil verilməsinin (alınmasının) təsdiq edilməsi prosesi elektronlaşdırılmaqla EKTİS ilə AVİS arasında inteqrasiya əsasında real vaxt rejimində məhsulun qəbuluna dair məlumatların əldə edilməsi, seriya və nömrələrin unikallığının təmin edilməsi ilə vergi və subsidiyalar üzrə avtomatlaşdırılmış təhlilin aparılması, sahibkarlar və fermerlər üçün əməliyyatların sadələşdirilməsi, dövlət tərəfindən maliyyə nəzarətinin və şəffaflığın artırılması, habelə dövlət büdcəsinin vəsaitinə qənaət edilməsi mümkün olacaq və elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid üzrə ölkə siyasəti davam etdiriləcək.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























