Azərbaycanın idxalı 24,8 faiz artıb, ixracı isə 8,6 faiz azalıb
Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 151 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 96 ölkəyə məhsul ixrac olunmuş, 142 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 11 milyard 956,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 6 milyard 293,3 milyon dollarını və ya 52,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 663 milyon dollarını (47,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 630,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə 3,9 faiz artmışdır. İdxal real ifadədə 24,8 faiz artmış, ixrac isə 8,6 faiz azalmışdır.
2025-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı 771,9 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə14,7 faiz artmış, real ifadədə isə 8,5 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25 faizi İtaliya, hər biri 11,9 faiz olmaqla Rusiya və Türkiyə, 8,5 faizi Çin, 4,4 faizi Almaniya, hər biri 2,7 faiz olmaqla Birləşmiş Krallıq və Çexiya, 2,4 faizi Avstraliya, hər biri 2 faiz olmaqla Rumıniya və Xorvatiya, 1,7 faizi Gürcüstan, hər biri 1,6 faiz olmaqla Portuqaliya və Meksika, 1,5 faizi Yunanıstan, 1,4 faizi İsveçrə, hər biri 1,3 faiz olmaqla Bolqarıstan və İran, hər biri 1,1 faiz olmaqla Kanada, ABŞ və İrlandiya, hər biri 1,0 faiz olmaqla Braziliya, Qazaxıstan və Ukrayna, 9,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 45,6 faizini İtaliyaya, 13,1 faizini Türkiyəyə, 4,8 faizini Çexiyaya, 4,5 faizini Almaniyaya, hər biri 3,7 faiz olmaqla Xorvatiya və Rusiyaya, 3,6 faizini Rumıniyaya, 3,0 faizini Portuqaliyaya, 2,8 faizini Gürcüstana, 2,7 faizini Yunanıstana, 2,4 faizini Bolqarıstana, hər biri 1,9 faiz olmaqla İsveçrə və İrlandiyaya, 1,2 faizini Birləşmiş Krallığa, 0,8 faizini Ukraynaya, 0,7 faizini Serbiyaya, 0,6 faizini Tunisə, 0,4 faizini Çinə, hər biri 0,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Belarusa, 1,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,2 faiz), Türkiyəyə (17,4 faiz), Gürcüstana (10,4 faiz), İsveçrəyə (9,0 faiz), Ukraynaya (6,6 faiz), Qazaxıstana (2,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,5 faiz), Belarusa (2,2 faiz), ABŞ-a (2,0 faiz), Türkmənistana (1,6 faiz), Almaniyaya (1,5 faiz), İsrailə (1,5 faiz), Çinə (1,3 faiz), İtaliyaya (1,3 faiz), Özbəkistana (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 21,1 faizi Rusiya, 17,8 faizi Çin, 10,5 faizi Türkiyə, 5,1 faizi Avstraliya, 4,4 faizi Birləşmiş Krallıq, 4,3 faizi Almaniya, 3,4 faizi Meksika, 2,7 faizi İran, 2,3 faizi Kanada, hər biri 2,1 faiz olmaqla Braziliya və ABŞ, 1,8 faizi İtaliya, 1,7 faizi Qazaxıstan, hər biri 1,5 faiz olmaqla Özbəkistan, Yaponiya və Belarus, 1,3 faizi Koreya, hər biri 1,1 faiz olmaqla Ukrayna və Türkmənistan, 1,0 faizi Hindistan, 11,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2025-ci ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,7 faiz, təzə tərəvəz – 7,0 faiz, şəkər – 31,8 faiz, meyvə və tərəvəz konservləri – 15,3 faiz, bitki yağları – 55,7 faiz, çay – 10,6 faiz, mineral gübrələr – 13,5 faiz, polietilen – 8,9 faiz, emal olunmamış alüminium – 15,8 faiz, sement klinkerləri – 31,0 faiz, qara metallardan borular – 62,5 faiz, pambıq ipliyi – 2,1 faiz, qara metallardan çubuqlar – 67,3 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 29,7 faiz, tütün – 67,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 1,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,0 faiz, kartof – 31,2 faiz, polipropilen – 15,2 faiz, pambıq lifi – 28,8 faiz, elektrik enerjisi – 38,7 faiz, bentonit gili – 20,4 faiz azalmışdır.
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin yanvar-mart aylarında buğda idxalı 35,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 41,9 faiz, xam şəkər – 34,6 faiz, çay – 74,7 faiz, quş əti və onun əlavə məhsulları – 4,5 faiz, təzə tərəvəz – 36,9 faiz, siqaretlər – 5,3 dəfə, minik avtomobilləri – 18,9 faiz, polad prokatı – 16,2 faiz, qara metallardan çubuqlar – 97,4 faiz, mineral gübrələr – 8,7 faiz, rezin şinlər – 7,6 faiz, polietilen – 17,6 faiz, məişət kondisionerləri – 5,0 faiz, avtobuslar – 3,2 dəfə, məişət soyuducuları – 50,2 faiz artmış, təzə meyvə idxalı isə 15,4 faiz, şokolad və şokolad məhsulları – 5,3 faiz, unlu qənnadı məmulatları – 12,8 faiz, bitki yağları – 42,2 faiz, kartof – 1,5 faiz, mal əti – 10,6 faiz, dərman vasitələri – 20,2 faiz, qara metallardan borular – 37,2 faiz, hesablama maşınları, blok və qurğuları – 19,4 faiz, yük avtomobilləri – 2,3 faiz, sintetik yuyucu vasitələr – 17,6 faiz, mebellər – 8,7 faiz, paltaryuyan maşınlar – 0,4 faiz, polipropilen – 1,7 faiz, qara metallardan künclüklər – 6,5 faiz, sement – 11,6 faiz azalmışdır.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 41 d. əvvəl
-
-
2 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
2 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
3 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
3 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
Ən çox oxunanlar
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir







.jpg)






.jpg)








