Azercell-in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
Dünyaca məşhur tədris vəsaitinin Azərbaycan nəşri ölkənin rəqəmsal transformasiyasında Azercell-in aparıcı rolunu gündəmə gətirəcək(®) Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC beynəlxalq miqyasda tanınan Filip Kotlerin “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing – EOMM) adlı kitabının Azərbaycan nəşrində təqdim olunacaq.
Azercell-in rəqəmsal transformasiya sahəsindəki uğurlu təcrübəsini əks etdirən bu nəşrdə şirkətin rəqəmsallaşma strategiyasına geniş yer ayrılıb. Kitabda Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) texnologiyasının tətbiqi, daxili əməliyyatların optimallaşdırılması və yerli bazarda reallaşdırılmış yeniliklər ətraflı şəkildə əks olunur. Bu təşəbbüslər Azercell-in innovasiyalara sadiqliyini nümayiş etdirməklə yanaşı, milyonlarla istifadəçinin rəqəmsal təcrübəsinin inkişafına verdiyi töhfəni önə çıxarır.
“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bildirib: “Bu qlobal platforma Azərbaycanın rəqəmsal ekosistemində müşahidə olunan sürətli inkişafı beynəlxalq auditoriyaya təqdim etmək üçün unikal bir imkandır. Biz də öz növbəmizdə ekosistemin aparıcı qüvvələrindən biri olaraq texnoloji dəyişikliklərin yaratdığı imkanlar və çağırışlar barədə dərin anlayışa və strateji baxışa malikik. Azercell-in bu sahədəki təcrübəsi şirkətdaxili proseslərin və prosedurların rəqəmsallaşdırılması ilə başladı və artıq abunəçilərimizə təqdim olunan innovativ xidmətləri əhatə edir. Qeyd etmək istərdim ki, şirkətimiz Azərbaycanda fintex həllini tətbiq edən ilk mobil operator olub. Bu təşəbbüs çərçivəsində həyata keçirilən startap layihəmiz bu gün Azercell-in törəmə şirkəti kimi fəaliyyətini davam etdirir.”
Hazırda sosial-iqtisadi transformasiyanın fəal mərhələsini yaşayan ölkəmiz “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” çərçivəsində innovasiyaların təşviqinə, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına və müasir texnologiyalarla gücləndirilmiş inklüziv cəmiyyətin qurulmasına xüsusi önəm verir. Azercell öz strateji fəaliyyətini bu milli məqsədlərlə uyğunlaşdıraraq rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verir və ölkənin gələcəyə dair baxışının reallaşdırılmasında fəal iştirak edir.
“Müasir Marketinqin Əsasları” Kotler Impact tərəfindən idarə olunan və 100-dən çox ölkəni əhatə edən qlobal təşəbbüsdür. Nəşrlərdə Meta, Danone, Google, Amazon, Lamborghini, Knauf, P&G, Wendy’s və Dunkin’ kimi nüfuzlu beynəlxalq şirkətlərin təcrübələrinə yer verilir. Kitabın Azərbaycan nəşri yerli uğur hekayələrinin qlobal biznes və akademik müstəvidə tanıdılması baxımından əlamətdar bir hadisə hesab olunur. Kotler Impact-in MDB regionu və Azərbaycandakı ekskluziv nümayəndəsi olan AWE Consulting bu təşəbbüsün ölkəmizdə reallaşmasında əsas rol oynayır. Kitab qlobal elektron kitabxanalarda və təhsil platformalarında təqdim ediləcək.
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 1 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanda maliyyə sektoru ilə bağlı rəqəmsal yetkinlik indeksi hazırlanır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bu ilin sonuna qədər kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
-
1 saat əvvəl
Bank yeni Baş Ofisini təqdim edib - 1100-dən çox əməkdaş üçün nəzərdə tutulub
-
1 saat əvvəl
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb"
Rabitəbankdan 33 illik yubileyinə özəl
Ən çox oxunanlar
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısı və Biznes Forumu keçiriləcək - TARİX
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edildi
Rəsmi məzənnələr açıqlandı
“Crunch” Ağ Şəhərdə filialını açır
Dollarda son bir ilin ən böyük aylıq bahalaşması


























