Unibank nüfuzlu Almaniya bankından kredit cəlb edib
Unibank beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşlığa başlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, bu tərəfdaşlıq çərçivəsində AKA Bank “Unibank”a 1 illik müddətə 5 milyon avro məbləğində kredit xətti ayırıb. Bu əməliyyatda “Unibank”ın məsləhətçisi kimi Quantum International çıxış edib.
Kredit vəsaitləri yerli şirkətlərin beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixracyönlü fəaliyyətin dəstəklənməsi, yerli sahibkarlığın inkişafı və bankın ümumi ticarət əməliyyatlarının gücləndirilməsi məqsədilə istifadə olunacaq. AKA Bank ilə bu tərəfdaşlıq çərçivəsində Unibank öz müştərilərinə daha rəqabətli və əlçatan maliyyələşmə imkanları təqdim edəcək.
Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bildirib: “AKA Bank ilə əməkdaşlığımız “Unibank”ın beynəlxalq maliyyə institutları ilə strateji tərəfdaşlıqlarının uğurlu nümunəsidir və bankımız üçün əhəmiyyətli strateji önəm daşıyır. Bu razılaşma bankımızın beynəlxalq səviyyədə etibarlılığını göstərməklə yanaşı, yerli sahibkarların ixrac potensialına dəstəyimizi də ifadə edir. Məqsədimiz Azərbaycan şirkətlərinin yeni bazarlara çıxışını asanlaşdırmaq və sahibkarlığın inkişafına töhfə verməkdir. AKA Bank ilə bu ilk addımın uzunmüddətli əməkdaşlığa çevriləcəyinə inanırıq. Bu əməliyyatın reallaşmasında bizə dəstək göstərən Quantum International-a təşəkkür edirik.”
AKA Bank-ın CEO-su Mark Vengrzik əlavə edib: “Unibank ilə əməkdaşlığımız bizim üçün strateji addımdır. Azərbaycan kimi inkişaf edən və perspektivli bir bazara daxil olmaqdan və bu prosesi Unibank kimi çevik və yerli bazara bağlı bir tərəfdaşla həyata keçirməkdən məmnunuq.”
Unibank KB haqqında:
“Unibank” KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. 33 ilə yaxın fəaliyyət dövründə Bank həm fiziki şəxslərə, həm də korporativ müştərilərə geniş çeşiddə bank xidmətləri göstərir. Unibank rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində həyata keçirdiyi layihələrlə tanınır. Bank beynəlxalq tərəfdaşlıqlara açıqdır və xarici maliyyə institutları ilə əməkdaşlıq edərək yerli biznes üçün yeni maliyyə imkanları yaradır.
Quantum International haqqında:
Quantum International investisiya idarəçiliyi və maliyyə məsləhətçiliyi üzrə fəaliyyət göstərən şirkətdir. Şirkət həm fərdi sərmayəçilərlə, həm də beynəlxalq şirkətlər, dövlət investisiya fondları, birbaşa sərmayə fondları və yüksək riskli investisiya fondları ilə əməkdaşlıq edir və müxtəlif sahələr üzrə beynəlxalq səviyyədə fəaliyyət göstərir. Quantum International bu razılaşmada maliyyə mexanizminin hazırlanması, danışıqlar prosesinə dəstək və beynəlxalq normalara uyğun icra mərhələsinin əlaqələndirilməsi funksiyalarını yerinə yetirib.
AKA Bank haqqında:
Frankfurtda (Almaniya) yerləşən AKA Ausfuhrkredit-Gesellschaft mbH 1952-ci ildən fəaliyyət göstərir, ixrac maliyyələşdirilməsi və risklərin idarə olunması üzrə ixtisaslaşıb. AKA Bank bankların və şirkətlərin xarici bazarlara maliyyə çıxışını dəstəkləyir və 70-dən çox ölkədə fəaliyyət göstərir. Son illərdə AKA Almaniyadan kənarda fəaliyyət sahəsini genişləndirərək, Avropa İxrac Kredit Agentlikləri ilə əməkdaşlığını gücləndirib və beynəlxalq bazarlarda iştirakını artırıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
8 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)






.jpg)





