BMW mənfəətinin 23 faiz azaldığını açıqladı
Almaniyanın avtomobil istehsalçısı BMW-nin 2025-ci ilin birinci rübündə mənfəəti gözləniləndən az düşüb, çünki Çindəki zəif tələbə və ABŞ-ın tariflərinin yaratdığı təhlükəyə baxmayaraq, "Avropada elektrikli avtomobil satışları" artıb.
Marja xəbər verir ki, Şirkət faiz və vergilərdən əvvəl mənfəətinin ötən illə müqayisədə 23 faiz azalaraq 3,14 milyard avroya düşdüyünü açıqlayıb.
BMW-nin avtomobil istehsalından mənfəət marjası gözləntiləri üstələyərək 6,9 faiz təşkil edib. Analitiklərin gözləntiləri 5,8 faiz idi.
BMW səhmləri ilkin ticarətdə 3,7 faiz bahalaşıb. Bu cüzi bahalaşmaya baxmayaraq Şirkətin səhmləri son bir ildə öz dəyərinin 25 faizini itirib.
Elektrikli avtomobil satışları 64 faiz artıb
BMW-nin Avropada elektromobil satışları illik müqayisədə 64 faiz, ümumi satışları isə 32 faiz artıb. Bunun mühüm səbəbinin İlon Maskın ABŞ prezidenti Donald Trampın yanında görünməsi səbəbindən istehlakçıların Tesla-ya qarşı istəksiz olmağa başlaması olduğu düşünülür.
Trampın əlavə gömrük tarifləri şirkətin mənfəəti üçün təhlükə olaraq görülsə də, BMW ilin sonuna maliyyə proqnozunu dəyişməyib, lakin ticarət qeyri-müəyyənliyinin artdığını etiraf edib.
Şirkətin baş direktoru Oliver Zipse mart ayında bildirib ki, ABŞ-ın Meksika, Kanada və Çindən idxala tətbiq etdiyi tariflər BMW-yə bu il təxminən 1 milyard avroya başa gələcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 35 d. əvvəl
-
56 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























