
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Dünən ABŞ-da statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında bahalaşmağa davam edib.
EUR/USD valyuta cütlüyü 1.14390 səviyyəsindən 1.13100 səviyyəsinə qədər ucuzlaşıb. Eyni dövr ərzində GBPUSD cütlüyü 1.33380 həddindən 1.32470 həddinə qədər enib. USD/JPY cütlüyündə isə məzənnə 143.580 səviyyəsinə qədər bahalaşıb.
Qızıl eniş tendensiyasını dayandıraraq 3260$-dan 3368$-a qədər yüksəlib. Beynəlxalq birjalarda “Brent” markalı neftin isə bir barel üçün qiyməti 65.30$-a ticarət olunur.
Ötən gün açıqlanan məlumatlara əsasən, ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) mart ayı ilə müqayisədə aprel ayında 50.2 bənd səviyyəsindən 50.7 bənd səviyyəsinə qədər artıb. Analitiklər göstəricinin 49 bənd səviyyəsinə qədər zəifləyəcəyini proqnozlaşdırmışdılar. Həmçinin, ölkənin xidmət sektorunda PMI-ın aprel ayında 54.4 bənddən 52.8 bəndədək enəcəyi ehtimal olunsa da, göstərici proqnozların altında, 51.4 bənd səviyyəsində açıqlanıb.
Əlavə olaraq, ABŞ-ın Ticarət Nazirliyinin hesabatına əsasən, ölkədə mart ayında yeni təkailəli evlərin satışı əvvəlki ay ilə müqayisədə 7.4% artaraq illik ifadədə 724 min təşkil edib. Fevral ayı üzrə göstərici isə 676 mindən 674 minə yenilənib. Analitiklər mart ayında satılan yeni evlərin sayının illik ifadədə 682 min olacağını ehtimal etmişdilər. 2024-cü ilin mart ayı ilə müqayisədə isə yeni evlərin satışları 6.0% artıb. Amerikada Tikinti üzrə İcazələrin Sayı isə fevral ayı ilə müqayisədə mart ayında 0.5% artaraq 1.467 milyon təşkil edib.
Eləcə də, Avrozonanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi mart ayı ilə müqayisədə aprel ayında 48.6 bənd səviyyəsindən 48.7 bənd səviyyəsinə qədər yüksəlib. Xidmət sektorunda PMI-ın 51 bənddən 50.4 bəndədək zəifləyəcəyi proqnoz olunsa da, göstərici 49.7 bəndədək geriləyib. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın sənaye sektorunda aktivlik aprel ayında 48.3 bənddən 48 bəndədək enib və analitiklərin 47.5 bəndlik proqnozunun üzərində açıqlanıb. Ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi 50.9 bənd səviyyəsindən 48.8 bənd səviyyəsinədək zəifləyib.
Bugün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı investorların marağına səbəb olacaq əsas xəbərlərdən biridir. Həmçinin, Almaniyada açıqlanacaq Biznes Mühiti İndeksi və ABŞ-da dərc olunacaq Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi və Təkrar Mənzil Bazarında Satışların Həcmi göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 10 saat əvvəl
-
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Ən çox oxunanlar

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
