Bu gün Mərkəzi Bank 2025-ci il üzrə 3-cü faiz qərarını açıqlayacaq
23 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı 2025-ci il üzrə 3-cü faiz qərarını açıqlayacaq.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 23 aprel 2025-ci il tarixində saat 10:00-da yayımlanacaqdır. Saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcəkdir.
Marja.az xəbər verir ki, ardıcıl 7 iclasdır Mərkəzi Bank faizlərini dəyişməz saxlayır. Martın 12-də də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Azərbaycan Mərkəzi Bankının illik inflyasiya hədəfi 4±2% (2% - 6%) aralığındadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Martda illik inflyasiya 5,9% təşkil edib. Bu, inflyasiyanın Mərkəzi Bankın illik inflyasiya hədəf diapazonunin yuxarı sərəhədinə yaxınlaşdığı deməkdir, lakin hədəf diapazonu daxilində qalmaqdadır. Qarşıda yaz və ayları olduğunu nəzərə alsaq, mövsmi amillər ilə əlaqədar olaraq qiymətlərin ümumi səviyyəsi düşəcəkdir.
"Mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.", - Mərkəzi Bank 12 Mart 2025-ci il tarixində yaydığı press-relizində bildirmişdi.
Həmçinin Mərkəzi Bank qeyd etmişdi ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcəkdir.
Mövcud inflyasiya Mərkəzi Bankın hədəf diapazonu daxilində qalmaqda davam etdiyini, qarşıdakı aylarda mövsümi amillər ilə əlaqədar olaraq qiymətlərin ümumi səviyyəsinin düşəcəyini nəzərə alsaq, sabah da Mərkəzi Bankın İdarə Heyətinin faizləri sabit saxlayacağı ehtimali yüksəkdir.
"Faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranıb"
"Potensial inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusən də bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklərin və tarif artımlarının inflyasiya proseslərinə təsirlərinin qiymətləndirilməsi üçün faiz dəhlizi parametrlərinin dəyişdirilməsində pauzanın götürülməsi zərurəti yaranır.", - Mərkəzi Bank 12 Mart 2025-ci il tarixində yaydığı press-relizində bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 saat əvvəl
-
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
19 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
20 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 20 saat əvvəl
-
20 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















