Azərbaycanda neft hasilatı 6,2 faiz azalıb, qaz hasilatı isə cüzi artıb
Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-fevral aylarında sənaye istehsalı haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında 10,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artmışdır.
Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma sektorunda, 31,8 faizi emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 0,1 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 88,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 47,0 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 27,8 faiz, maşın və avadanlıqların istehsalı 22,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 21,8 faiz, əczaçılıq məhsullarının istehsalı 21,4 faiz, neft məhsullarının istehsalı 15,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,4 faiz, qida məhsullarının istehsalı 10,7 faiz, içkilərin istehsalı 5,4 faiz, elektrik avadanlıqlarının istehsalı 5,2 faiz artmış, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6 faiz, mebel istehsalı 5,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 5,9 faiz, hazır metal məmulatlarının istehsalı 9,0 faiz, tikinti materiallarının istehsalı 12,3 faiz, tütün məmulatlarının istehsalı 25,4 faiz, kağız və karton istehsalı 32,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,1 faiz, geyim istehsalı 39,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,5 faiz, poliqrafiya məhsullarının istehsalı isə 60,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 d. əvvəl
- 8 d. əvvəl
-
- 11 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb




























