Dünya Bankı 2030-cu ilə qədər Azərbaycan ÜDM-inin artımı ilə bağlı proqnozlarını açıqlayıb
Dünya Bankı 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7 % səviyyəsində proqnozlaşdırır.
Bu barədə Dünya Bankından məlumat verilib.
Bankın proqnozlarına əsasən, ölkədə ÜDM-in artım tempi 2026-cı ildə 2,4 %-ə, 2027-ci ildə 2,3 %-ə, 2028-2029-cu illərdə isə 2,2 %-ə qədər azalacaq. 2025-2029-cu illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla ildə 2,4 % artacaq.
Bankın hesablamalarına görə, əsas yataqların (Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar bloku) köhnəlməsi səbəbindən neft hasilatı azalmağa davam edəcək, təbii qaz hasilatı (“Şahdəniz” yatağında) isə 2024-2025-ci illərdəki pik səviyyələrdən sonra sabitləşəcək.
İqtisadiyyatın qeyri-resurs sektorları, əsasən xidmət və tikinti sektoru ildə 4 % səviyyəsində artım nümayiş etdirəcək. Tikinti sektoru, güman ki, dövlət investisiyalarına meylli olacaq.
Dünya Bankından bildirilib ki, iqtisadiyyatda dövlətin yüksək payı, maliyyə bazarının zəif inkişafı və kifayət qədər insan kapitalının olmaması kimi əsas struktur məhdudiyyətləri aradan qaldırılarsa, ortamüddətli perspektivdə artım templəri sürətlənə bilər. Bunun üçün isə son vaxtlar qəbul edilmiş rəqabət qanunu və maliyyə sektorunda normativ-hüquqi aktlarının səmərəli şəkildə həyata keçirilməsi lazımdır.
Dünya Bankının proqnozlarına görə, ölkənin xarici və fiskal vəziyyəti ortamüddətli perspektivdə dayanıqlı olaraq qalacaq, hərçənd karbohidrogen gəlirlərinin hasilat həcmlərinə uyğun olaraq azalması səbəbindən profisitlərin azalacağı gözlənilir.
“Eyni zamanda iqtisadi proqnozlar geosiyasi amillər, qlobal iqtisadi dəyişikliklər və iqlim çağırışları da daxil olmaqla bir sıra risklərə məruz qalır”, - bankdan qeyd edilib.
Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-cü ildə ÜDM-in artımını 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illər üzrə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları dəyişir: “S&P Global” - illik 2 %, “Fitch Ratings” - 2025-ci ildə 3 % və 2026-cı ildə 2,4 %, “Moody's” - illik 2,5 %. Niderlandın ING bankı isə ölkədə iqtisadi artımın bu il 2,6 %, gələn il isə 2,8 % səviyyəsində olacağını gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 9 d. əvvəl
- 13 d. əvvəl
-
- 16 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb

























