Azərbaycana 1.5 milyondan çox smartfon idxal edilib
2024-cü ildə Azərbaycana 439 milyon 952 min ABŞ dolları dəyərində 1 milyon 509 min 802 ədəd smartfon idxal edilib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, əvvəlki illə müqayisədə bu göstərici say baxımından 19.2% və ya 242 min 763 ədəd, dəyər baxımından isə 31.6% və ya 105.6 milyon ABŞ dolları çoxdur. Belə ki, 2023-cü il ərzində ölkəyə 334 milyon 346.8 min dollar dəyərində 1 milyon 267 min ədəd smartfon gətirilib.
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 495.4 manat təşkil edib. Bu göstərici əvvəlki ildə 448.6 manat idi.
Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (1 200 754 ədəd), Vyetnamdan (229 799 ədəd), Hindistandan (74 658 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 3 225 ədəd ), Birləşmiş Ərəb Əmirliklərindən ( 416 ədəd) gətirilib. Bu məhsul Çindən 476.7 manata, Vyetnamdan 582.5 manata, Hindistandan 450 manata, Amerika Birləşmiş Ştatlarından 1925 manata, Birləşmiş Ərəb Əmirliklərindən isə 816.7 idxal edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 225.5 min ABŞ dolları dəyərində 1203 ədəd smartfon ixrac edilib. İsveçrə (18 ədəd), Çexiya (610 ədəd) və Honqonqa (571 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 318.6 manat təşkil edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 36 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 44 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)















.jpg)
