Tramp Zelenskini müharibəni başlatmaqda və uzatmaqda günahlandırır - "Zelenski diktatordur"
Tramp, Zelenskinin Rusiya-Ukrayna müharibəsinin başlanmasına və uzanmasına görə məsuliyyət daşıdığını bildirib. "Seçki keçirməyən diktator Zelenski, yaxşı olar ki, daha sürətli hərəkət etsin, yoxsa onun ölkəsi qalmayacaq".ABŞ prezidenti Donald Tramp Mayamidə Gələcək İnvestisiya Təşəbbüsü İnstitutunun (FII) təşkil etdiyi sammitdə xarici siyasət gündəmini dəyərləndirib.
Marja xəbər verir ki, ABŞ prezidenti Donald Tramp növbəti dəfə Ukrayna prezidenti Vladimir Zelenskini “diktator” adlandırıb.
“Orta təbəqədən olan bir komediyaçı prezident ABŞ-ı 350 milyard dollar xərcləməyə inandırdı. Bu müharibədə qalib gəlmək olmaz. Bu müharibə heç vaxt başlamamalı idi və mən prezident olsaydım, heç başlamazdı”,- Tramp deyib.
Rusiya-Ukrayna müharibəsinin bitməsinin çox vacib olduğunu və bu istiqamətdə böyük səylər göstərdiklərini qeyd edən Tramp, müharibənin başlaması və davam etdirilməsinin səbəblərini Ukrayna prezidenti Zelenski və ABŞ-ın keçmiş prezidenti Co Baydenlə əlaqələndirib.
"Mən Ukraynanı sevirəm, amma Zelenski dəhşətli iş görüb. Onun ölkəsi parçalanıb və milyonlarla insan lazımsız yerə ölüb", - Tramp deyib.
"Hər iki tərəflə danışmasan, müharibəni bitirə bilməzsən. Amma onlar 3 ildir danışmırlar", - Tramp əlavə edib.
Tramp Ukrayna prezidentinin Ər-Riyada dəvət edilməməsindən də danışıb. Zelenskinin 3 illik müharibədə sülh üçün heç bir şey etmədiyinə görə bu danışıqlarda iştirak edə bilməyəcəyini iddia edən Tramp, “Orta təbəqədən olan bir komediya aktyoru (Ukrayna prezidenti Vladimir Zelenski - red) ABŞ-ı prinsipcə qalib gələ bilməyəcəyi bir müharibə üçün 350 milyard dollar xərcləməyə inandırdı, mən prezident olsaydım heç başlamazdım”,- bildirib.
Ər-Riyadda aparılan danışıqlara görə Səudiyyə Ərəbistanına təşəkkür edən Tramp, Rusiya ilə aparılan danışıqlar nəticəsində sülh gətirəcəklərinə inandığını bildirib.
“Biz ümid edirik ki, tezliklə atəşkəs əldə olunsun, Avropa və Yaxın Şərqdə sabitlik bərpa olunsun”, - Tramp bildirib.
Tramp növbəti dəfə Zelenskini “diktator” adlandırıb
Zelenskinin ölkəsindəki insanlar arasında populyarlığının çox aşağı olduğunu iddia edən Tramp, Ukraynada bir çox şəhərin dağıdıldığını və bu ölkədə bir liderin belə bir mühitdə məşhur ola bilməyəcəyini deyib.
Tramp birbaşa Zelenskini hədəf alan bəyanatında bu ifadələrdən istifadə edib:
"O, seçki keçirməkdən imtina edir. Seçki keçirməyən diktator Zelenski, yaxşı olar ki, daha sürətli hərəkət etsin, yoxsa onun ölkəsi qalmayacaq. O, hərəkətə keçməlidir və sürətlə hərəkət etməlidir. Çünki müharibə yanlış istiqamətdə gedir. Biz müharibəni bitirmək üçün Rusiya ilə uğurla danışıqlar aparırıq, hamı bunu yalnız Trampın edə biləcəyi ilə razılaşır".
Zelenskinin ABŞ-ın keçmiş prezidenti Baydenlə "oyun oynadığını" iddia edən Tramp deyib ki, həm Bayden administrasiyası, həm də Avropa ölkələri Ukraynadakı müharibəni dayandırmaq üçün heç nə etməyiblər.
"Hətta Putin Baydenin heç vaxt sülh üçün çalışmadığını etiraf etdi. Avropa sülh gətirə bilmədi və Zelenski yəqin ki, pul axınını saxlamaq istəyirdi", - Tramp deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
8 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
8 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
9 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq






















