Bank Respublika xüsusi mükafata layiq görülüb, nazir sədr müavininə təqdim edib
Bank Respublika "Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına verdiyi töhfəyə görə" xüsusi mükafata layiq görülüb.(®) İqtisadiyyat Nazirliyində Vergi xidmətinin 25 illiyinə həsr olunmuş “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forum keçirilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər, iş adamları iştirak ediblər.
Forumda ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib, islahatlara dair təkliflər səsləndirilib.
Forumun sonunda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub.
Bank Respublika, Azərbaycan bank və sığorta sahəsindəki peşəkar inkişafı və məşğulluğun artırılmasına verdiyi əvəzsiz töhfələrə görə "Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına verdiyi töhfəyə görə" xüsusi mükafata layiq görülüb.
Mükafat, İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən “Bank Respublika”nın İdarə Heyətinin sədr müavini Aslan Abasova təqdim olunub. Bu mükafat, Bankın əmək bazarında yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi və sektorda dayanıqlı iş yerlərinin yaradılması istiqamətindəki fəaliyyətlərinin təqdiridir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























