2024-də Yaşıl Kart Sistemi üzrə 50 mindən çox müqavilə rəsmiləşdirilib, 7,2 milyon manat haqq toplanıb
2024-cü ildə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) Yaşıl Kart Sistemi üzrə ixtisaslaşdırılmış təşkilat funksiyalarını uğurla davam etdirib.
Büronun yaydığı məlumata görə, il ərzində İSB tərəfindən Yaşıl Kart Sistemi çərçivəsində 50 207 Yaşıl Kart müqaviləsi rəsmiləşdirilib və ümumilikdə 7 215 431 manat sığorta haqqı toplanıb. Bu müqavilələrin 40 038-i Azərbaycanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə olub və 2 507 573 manat sığorta haqqı yığılıb.
Xaricdə – Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə 10 169 Yaşıl Kart müqaviləsi rəsmiləşdirilərək 4 707 858 manat sığorta haqqı toplanıb.
2024-cü ildə Azərbaycan Yaşıl Kart sahiblərinin təqsiri səbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada ümumilikdə 314 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr üzrə 1 226 847 manat sığorta ödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi 3907 manat olub.
Ötən il Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə baş vermiş 154 hadisə üzrə 1 280 397 manat sığorta ödənişi həyata keçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 8314 manat təşkil edib.
Ümumilikdə ötən il Yaşıl Kart Sistemi çərçivəsində xarici ölkələrdə baş vermiş 468 yol-nəqliyyat hadisəsi üzrə 2 507 244 manat sığorta ödənişi həyata keçirilib.
2024-cü ildə Türkiyə, Ukrayna, Rusiya, Çexiya, Moldova, Macarıstan, Polşa respublikalarında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin ölkəmizdə törətdiyi 49 yol-nəqliyyat hadisəsinə görə ümumilikdə 96 667 manat sığorta ödənişi edilib.
Xatırladaq ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılması həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























