Birbank vasitəsilə sığorta alanlara şad xəbər
(®) Birbank müştərilərinin tələb və ehtiyaclarını qarşılayan məhsullar təqdim etməyə davam edir. Belə ki, yenilənən “İcbari Avto Sığorta” məhsulu indi Birbanklılara daha böyük üstünlüklər qazandırır.
Yeni avtomobil alanlar və avtomobilinin icbari sığortasını yeniləməli olanlar üçün cərimə olunmaq qorxusu, vasitəçi axtarmaq təlaşı, sığortanın son günü həyacanı keçmişdə qaldı. Artıq icbari sığortanı vaxt itirmədən cəmi bir neçə kliklə əldə etmək mümkündür.
Birbank mobil tətbiqində təkmilləşdirilən şəxsi kabinet hissəsinə sığortanın başlama və bitmə funksiyası da əlavə edilib. Nəticədə icbari avtomobil sığortasını əldə etmək daha da asanlaşıb. Artıq istifadəçilər “Bank məhsulları sifariş edin” bölməsindən “Sığorta əldə et” bölməsinə keçid edərək, “İcbari Avto Sığorta” hissəsini seçə və rəqəmsal dünyanın yaratdığı üstünlüklərdən cəmi 3-4 dəqiqəyə faydalana bilərlər.
Ətraflı məlumat üçün: https://birbank.az/products/insurance/compulsory/auto
Birbank-ın daha bir təklifi isə “Səyahət sığortası” ilə bağlıdır. Səyahət sığortası səyahəti sevən hər kəsə dünyanı təhlükəsiz və rahat kəşf etməyi vəd edir. Birbank mobil tətbiqində “Bank məhsulları sifariş edin” bölməsindən “Sığorta əldə et” bölməsinə keçid edərək özünüzə və sevdiklərinizə ürək rahatlığı ilə limitsiz və təhlükəsiz səyahət hədiyyə edə bilərsiniz.
Ətraflı məlumat üçün: https://birbank.az/products/insurance/travel
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























