Bakıda yeni yolun inşasına start verilib -VİDEO
Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası yolu üzrə tikinti işlərinə start verilib.Bakının Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi işlərinə start verilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilərək inşa edilir.
Yeni avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi - Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3.9 km təşkil edəcək. Layihəyə uyğun olaraq, avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulur.
Yeni yolun layihəsi Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq “Ulduz” metrostansiyasının yaxınlığından keçərək, Ələsgər Qayıbov küçəsindən 1240 metr uzunluğa malik tunel vasitəsilə mövcud metro və dəmir yolu xəttlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır. Burdan isə Yusif Vəzir Çəmənzəmənli küçəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək və uzunluğu 550 metr olan tunel vasitəsi ilə Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairədən keçərək, Koroğlu Rəhimov küçəsini kəsərək Həsən Əiyev küçəsinədək davam edir. Eyni zamanda Əliyar Əliyev küçəsi ilə yeni yolun kəsişməsində uzunluğu 410 metr tunelin inşası da nəzərdə tutulub ki, artıq ərazidə tikintiyə başlanılması üçün hazırlıq işləri gedir.
Layihə çərçivəsində Ulduz metrostansiyasından Ələsgər Qayıbov küçəsi istiqamətində, Bakmil metrostansiyası yaxınlığında və Əliyar Əliyev küçələrində mobilizasiya-demobilizasiya işləri yerinə yetirilib, tikinti altına düşən maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, müəyyən hissələrdə yararsız qruntun qazılaraq kənarlaşdırılması və rekultivasiya işləri, həmçinin zəruri ərazilərdə dəmir-beton svayların vurulması yerinə yetirilir, layihənin 3-cü km-lik hissəsində yeralti piyada keçidi inşa edilir.
Layihəyə uyğun olaraq Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında da tikinti işlərinə start verilib. Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Artıq tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə qanunvericilikdə nəzərdə tutulmiş məbləğdə təzminat ödənilməklə söküntü işlərinə də start verilib. Yeni inşa edilən yol boyu tikinti altına düşən digər maneələrin (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) qiymətləndirməsi İşləri həyata keçirilib və sənədləri hazırlanaraq təzminat ödənilməsi üçün aidiyyəti üzrə təqdim edilib.
Bundan başqa 20 keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı peşə məktəbi də yolun tikintisi altına düşdüyü üçün Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə onların qısa müddətdə başqa yerə köçürülməsinə köməklik göstərilməsi üçün müraciət olunub.
Dövlət əhəmiyyətli yeni infrastruktur layihəsinin icrası zamanı ətraf mühitə və yaşıllıqlara təsirlərin maksimum dərəcədə azaldılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə monitorinqlər aparılır, movcud vəziyyət qiymətləndirilir.
Mütəxəssislərlə birgə həyata keçirilən fəaliyyət nəticəsində yaşıllıqlara dəyən ziyanın minimuma endirilməsi, uyğun ərazilərə yaşıllıqların köçürülməsi, təbiətə dəyən ziyanın bərpa dəyərinin ödənilməsi və əvvəlki həcmindən daha çox sayda yeni yaşıllıq zolaqlarının salınması üçün plan-proqram işlənib hazırlanır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
2 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















