Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı azalmaqda davam edir
Bu ilin yanvar ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 29,38 % təşkil edib.
“Statcounter” agentliyinin yanvar hesabatına görə, bu, əvvəlki aya nisbətən 1,4 faiz bəndi azdır, bir il əvvəlki göstərici ilə müqayisədə 2,27 faiz bəndi çoxdur. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq ikinci aydır azalır.
İkinci pillədəki “Xiaomi”nin bazar payı aylıq 1,33 faiz bəndi azalaraq və illik müqayisədə 3,73 faiz bəndi artaraq 24,41 % olub.
Növbəti sıradakı “Apple”ın bazar payı yanvarda aylıq 0,72 faiz bəndi, illik müqayisədə isə 10,97 faiz bəndi artaraq 18,86 % təşkil edib.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin payı aylıq 2,27 faiz bəndi artaraq, illik müqayisədə 10,97 faiz bəndi azalaraq 16,09 % olub.
İlk beşliyi 5,04 % bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,19 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,45 faiz bəndi artıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























