“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir. “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb. AZ5800 indeksli poçt filialı Şuşa şəhəri Zəfər küçəsində yerləşən Dövlət Xidmətləri Mərkəzinin daxilində fəaliyyət göstərəcək.
Belə ki, poçt məntəqəsində universal poçt xidmətləri (məktub, teleqram və bağlama göndərişləri), maliyyə yığımları və karqo xidmətləri təşkil olunacaq.
Poçt filialının iş rejimi bazar ertəsi – şənbə günləri saat 09:00 – 17:00 aralığında, bazar günləri isə 09:00 – 16:00 aralığında müəyyən edilib.
Qeyd edək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda Poçt şöbəsi 2020-ci, Xankəndi Poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə Poçt şöbəsi yaradılıb, 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























