“AFB Bank”da 12% gəlir ilə əmanət imkanı
(®) Pulunu artırmaq istəyən, əlavə gəlir əldə etməyən istəyən şəxslərə ölkənin qabaqcıl banklarından olan “AFB Bank”da sərfəli şərtlərlə depozit fürsəti mövcuddur.
Belə ki, banka 100 AZN-dən 1 000 000 AZN-dək və ya ekvivalent məbləği həm AZN, həm də USD valyutasında depozit olaraq yerləşdirmək mümkündür.
Əmanətlər hər iki valyuta üzrə 12, 18, 24 və 36 aylıq müddətə yerləşdirilə bilər. Üstəlik, bank AZN valyutasında 12 ay və 18 ay üzrə yerləşdirilən əmanətlərin faiz dərəcələrinin aylıq ödənildiyi hallar üçün 11%-dən 11,5%-ə yüksəldib.
Qeyd olunan aylar üzrə əmanət gəlirləri müddətin sonunda ödənildiyi hallarda isə faiz dərəcəsi 12%-dir.
24 və 36 aylıq müddətlər üçün illik faiz dərəcəsi isə gəlirin aylıq ödənildiyi hallar üzrə 11%, müddətin sonunda isə 12%-dir.
USD valyutasında isə faiz dərəcələri 5%-dəkdir.
“AFB Bank” əmanətdən gələn gəlirləri aylıq və ya müddətin sonunda əldə etmək istəyən müştərilərinə Visa və ya Mastercard ödəniş kartları da HƏDİYYƏ edir.
Qeyd edək ki, “AFB Bank”a yerləşdirilən 100.000 AZN-dək və ekvivalent məbləğdə bütün əmanətlər sığortalı hesab olunur.
Həmçinin vergi qanunvericiliyinə uyğun olaraq, əmanətlər 18 ay və daha uzun müddətə yerləşdirildiyi hallarda əmanət gəlirindən asılı olmayaraq fiziki şəxslərin gəlir vergisindən azaddır.
Xatırladaq ki, ölkənin inkişaf edən banklarından olan “AFB Bank” ASC hazırda 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri təklif edir. Filial şəbəkəsi Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini də əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















