"Gardashlar Mebel" 2025-ci il Strategiyasını açıqladı - Avropa, MDB və Asiya bazarlarına çıxmaq niyyətindədir
Gardashlar Mebel - 2025-ci ildə Qlobal Arenaya Doğru! Gardashlar Mebel-in bu ilki strategiyası qlobal bazarda müştərilərinin diqqətini çəkəcək məhsullar təqdim etməyə yönəlib.(®) Gardashlar Mebel 2025-ci il üçün qlobal arenada mövqeyini gücləndirmək məqsədilə mühüm addımlar atmağı planlaşdırır.
Şirkətdən Marja-ya verilən məlumata görə, 2020-ci ildən etibarən ABŞ-a mebel ixracına başlayan şirkət, beynəlxalq bazarlarda tanınmış bir Azərbaycan brendi kimi möhkəmlənməkdədir. Şirkət üçün bu il qlobal bazar iştirakını genişləndirmək və innovativ həllər təqdim edərək yeni tərəfdaşlıqlar qurmaq əsas prioritetlərdən biridir.

Qeyd edilib ki, Gardashlar Mebel-in bu ilki strategiyası qlobal bazarda müştərilərinin diqqətini çəkəcək məhsullar təqdim etməyə yönəlib. Bu məqsədlə şirkət smart masalar kimi texnoloji yenilikləri diqqət mərkəzinə çəkir. Bu masalar funksionallığı ilə yanaşı, estetik görünüşü ilə də fərqlənir. ABŞ bazarındakı uğurları əsas götürərək, Gardashlar Mebel artıq Avropa, MDB və Asiya bazarlarına da çıxışını genişləndirmək niyyətindədir. MDB ölkələri ilə əməkdaşlığın artırılması, regional tələblərə uyğun məhsulların təqdim edilməsi bu strategiyanın əsas istiqamətlərindəndir.
Yerli istehsalın inkişaf etdirilməsi və milli iqtisadiyyatın dəstəklənməsi Gardashlar Mebel-in əsas hədəflərindəndir. Şirkət, idxaldan asılılığı azaltmaq məqsədilə yüksək keyfiyyətli və yerli istehsal olan mebellər təqdim edərək, Azərbaycanın sənaye potensialını beynəlxalq səviyyədə tanıdır. İstehsal prosesində ekoloji davamlılıq əsas yer tutur. Gardashlar Mebel, məhsullarının hazırlanmasında ətraf mühitə zərər verməyən, ekoloji təmiz materiallardan istifadə edir və bu yanaşmanı öz fəaliyyət strategiyasının ayrılmaz hissəsi kimi görür. yanaşma isə istehsal prosesində əsas prinsiplərdən biridir.
Şirkət qlobal bazarlarda daha geniş miqyasda tanınmaq üçün kompakt və daşınması asan mebellər istehsal etməyə yönəlmişdir. Hazırda Gardashlar Design Studio tərəfindən kompakt məhsullardan ibarət kolleksiya hazırlanır. Bu məhsullar xüsusilə otellər, restoranlar və sənaye mərkəzləri üçün ideal həllər təqdim edir. Xarici ölkələrdə həyata keçirilən iri layihələrdə, o cümlədən otel və restoranların mebellə təchizatı sahəsində Gardashlar Mebelin mükəmməl iş bacarığı və etibarlılığı təsdiq edilmişdir. Şirkətin geniş məhsul portfeli və təcrübəli dizayn komandası müxtəlif sektorlara uyğun fərdi həllər təklif etməyə imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 37 san. əvvəl
-
- 21 d. əvvəl
-
48 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 50 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
















.jpg)





