Azər-Türk Bank və "Visa" memorandum imzaladı
Dövlət bankı Azər-Türk Bank və "Visa" Beynəlxalq Ödəniş Sistemi arasında rəqəmsal maliyyə infrastrukturunun daha da inkişaf etdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Memorandum imzalanıb.
Azər-Türk Bank -ın yaydığı məlumatda bildirilir ki, memoranduma əsasən tərəflər mobil ödənişlər, rəqəmsal pul kisələri, tokenləşdirmə və müasir autentifikasiya texnologiyaları daxil olmaqla, onlayn əməliyyatları dəstəkləmək üçün güclü rəqəmsal ödəniş infrastrukturunun inkişafına öz töhfələrini verəcəklər.
Həmçinin təşkilatlar elektron ticarətə dəstək məqsədilə ölkədə istehlakçılar üçün onlayn alış-veriş təcrübəsini təkmilləşdirərək e-ticarət platformaları üçün qüsursuz, təhlükəsiz ödəniş həllərinin tətbiqini davam etdirəcəklər.
Eləcə də sənəddə KOB nümayəndələrinin həm oflayn, həm də onlayn ticarətdə iştiraklarını qurmağa və genişləndirməyə kömək etmək üçün yeni həllərin hazırlanması və onlara müxtəlif ödəniş üsullarından istifadənin təşviqini həyata keçirmək və cari vəziyyətin qiymətləndirilməsi üzrə təhlillərin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Azər Türk Bank tərəfindən istifadəyə verilən və Visa Cloud texnologiyasına əsaslanan Mobil POS həlli bu istiqamətdə atılan real addımlardan biridir.
Elektron əməliyyatların təhlükəsizliyini təmin etmək üçün qabaqcıl təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi və saxtakarlığın dərhal aşkarlanması mexanizmlərinin tətbiqi də gündəmdə duran məsələ kimi qeyd edilmişdir.
Memorandumda Azər Türk Bank və Visa təşkilatının qarşılıqlı tərəfdaşlığı ilə rəqəmsal maliyyənin inkişafı üçün bir sıra digər mühüm istiqamətlər də yer almışdır.
Sənədə əsasən Visa beynəlxalq təşkilatının rəqəmsal bankçılığın inkişafı istiqamətində ərsəyə gətirdiyi yeni həllər tətbiq üçün ilkin olaraq Azər Türk Banka təqdim ediləcəkdir.
Qeyd edilib ki, bundan əlavə, Azər Türk Bank dünya üzrə 500 milyona yaxın biznes tərəfdaşı olan, qlobal miqyasda ödənişlər etməyə, token ödənişlərini emal etməyə, həssas kart məlumatlarını saxlamağa və taksit ödənişləri icra etməyə imkan verən Visa CyberSource e-ticarət platformasının da ölkədə ilk partnyor Bankıdır. Həmçinin, Azərbaycan Mərkəzi Bankından qanunvericiliyin tələbinə uyğun müvafiq lisenziyaları əldə edən elektron pul təşkilatları və ödəniş təşkilatları ilə Azər Türk Bank innovativ həllərə əsaslanan səmərəli əməkdaşlıq üçün mühüm addımlar atılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 10 d. əvvəl
-
20 d. əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
-
- 42 d. əvvəl
- 51 d. əvvəl
-
56 d. əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
1 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
























