Türkiyədə 2024-cü il inflyasiya rəqəmləri açıqlanıb
Türkiyədə kirayədən tutmuş ərzağa qədər bir çox qiymətlərə təsir edən, minlərlə məmur və milyonlarla təqaüdçünü maraqlandıran 2024-cü il üçün yekun inflyasiya məlumatları açıqlanıb. Rəsmi məlumatlara görə, ölkədə dekabrda inflyasiya 1,03%, illik 44,38% olub.Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, ölkədə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) dekabr ayında 1,03 faiz, 2024-cü il ərzində isə 44,38 faiz artıb.
MArja xəbər verir ki, keçirilmiş sorğuda inflyasiyanın dekabr ayında 1,67% və 2024-cü il ərzində isə 45,23 faiz təşkil edəcəyi gözlənilirdi.
6 aydan sonra 2 faizdən aşağı düşüb
İstehlak qiymətləri indeksi iyun ayından bəri ilk dəfə aylıq müqayisədə 2 faizdən aşağı artıb. İyun ayında inflyasiya 1,64 faiz artmışdı.
İnflyasiya iyulda 3,23 faiz, avqustda 2,47 faiz, sentyabrda 2,97 faiz, oktyabrda 2,88 faiz, noyabrda 2,24 faiz artmışdır.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi (PPK) faiz dərəcəsini 2,50 faiz bəndi azaltdığı iclasından sonra yaydığı press-relizdə, "İlkin məlumatlar dekabr ayında əsas tendensiyanın azalmasına işarə edir" ifadəsindən istifadə etmişdi.
Türkiyənin Ortamüddətli Proqramında 2024-cü ilin sonuna inflyasiya proqnozu 41,5 faiz təşkil edir. Mərkəzi Bank isə son inflyasiya hesabatında 2024-cü il üçün inflyasiya proqnozunu 44 faizə yüksəltmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 18 d. əvvəl
-
-
45 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 47 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub




















