"Mubadala" dünyanın ən aktiv suveren fondu olub
Birləşmiş Ərəb Əmirliklərinin suveren fondu "Mubadala Investment Company" keçən il özəl kreditdən süni intellektə qədər bir çox sahədə sövdələşməni (investisiyaları) sürətləndirərək dünyanın ən aktiv suveren fondu olub.
Marja xəbər verir ki, "Mubadala", 29 milyard dollarlıq sövdələşmələr ilə Səudiyyə Ərəbistanının suveren fondu, İctimai İnvestisiya Fondunu (PIF - Public Investment Fund) geridə qoyub.
2023-cü ilin ən aktiv suveren fondu olan PIF, 2024-cü ildə xərcləri yavaşladıb və daha çox ölkə daxilində investisiyalara diqqətini yönəldib, bu da "Mubadala"nın irəliləməsinə səbəb olub.
Qlobal araşdırma və məsləhət şirkəti "Global SWF"yə görə, "Mubadala" 2024-cü ildə 29,2 milyard sərmayə yatırıb. Bu, bir il əvvəllə müqayisədə 67 faiz çoxdur.
Hesabata görə, Yaxın Şərqin suveren sərvət fondları ardıcıl ikinci ildir ki, ən fəal 10 qlobal sövdələşmənin beşini təşkil edir. Siyahıya PIF və Qatar İnvestisiya Təşkilatından başqa, Abu Dabidə yerləşən daha iki fond, "Abu Dhabi Investment Authority" (ADİA) və ADQ də ("Abu Dhabi Developmental Holding Company") daxil edilib. Bu beş fond ötən il 82 milyard dollar sərmayə yatırıb.
Lakin Birləşmiş Ərəb Əmirliklərinin suveren fondları siyahıda böyük əksəriyyəti təşkil edir ki, bu da neftlə zəngin Əmirliyin maliyyə, texnologiya və ictimai sahələr daxil olmaqla, sənayelərdə qlobal gücə çevrilmək üçün maliyyə "əzələsindən" istifadə etmək üçün daha aqressiv yanaşmasını göstərir. "Global SWF"-nin məlumatına görə, ötən il Əmirliyin nəzarətində olan suveren fondlar 57,6 milyard dollardan çox sərmayə yatırıblar.
Səudiyyə Ərəbistanının suveren fondu 2023-cü ildə birbaşa və ya törəmə şirkətlər vasitəsilə 31,6 milyard dollar sərmayə yatırmışdır. Ötən il bu rəqəm təxminən 20 milyard dollara düşüb.
Qeyd edək ki, Mubadala İnvestisiya Şirkəti, Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri) Hökuməti üçün davamlı maliyyə gəlirləri yaratmağa yönəlmiş qlobal portfeli idarə edən suveren investordur.
Mubadalanın 232 milyard dollarlıq (853 milyard AED) portfeli müxtəlif sektorlarda və aktiv siniflərində altı qitəni əhatə edir. Şirkət Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatının davamlı şaxələndirilməsini və qlobal inteqrasiyasını dəstəkləyərkən davamlı inkişaf və mənfəət əldə etmək üçün dərin sektor təcrübəsindən və uzunmüddətli tərəfdaşlıqlarından istifadə edir.
Baş ofisi Abu-Dabidə yerləşən "Mubadala"nın London, Rio-de-Janeyro, Moskva, Nyu-York, San-Fransisko və Pekində ofisləri var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
10 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
10 saat əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib










.jpg)






