Qlobal şəbəkə Azərbaycanda daha 20 restoran açmağı nəzərdə tutur
Qarşıdakı 4 il ərzində Azərbaycanda daha 20 McDonald's restoranının istifadəyə verilməsi planlaşdırılır."Növbəti 4 il ərzində biz şəbəkəmizə daxil olan restoran sayını 50-yə, əməkdaşlarımızın sayını isə 4500 nəfərə çatdırmağı planlaşdırırıq"
Marja.az xəbər verir ki, bunu “McDonald's Azərbaycan”ın Müşahidə Şurasının sədri Fərid Əlizadə bildirib.
O, "Biz həmçinin ölkədaxili istehsalı genişləndirmək üçün yerli istehsalçılarla əməkdaşlığı gücləndirmək niyyətindəyik. Bu, bizə Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin inkişafına əhəmiyyətli töhfə verməyə şərait yaradacaq”, - deyə qeyd edib..
Fərid Əlizadə vurğulayıb ki, 25 il ərzində Azərbaycanda 30 “McDonald's restoran açılıb.
"Biz qürur duyuruq ki, biz 100% Azərbaycan şirkətiyik və bizi Azərbaycan vətəndaşları təmsil edir. "McDonald’s" həmçinin ölkənin restoran sektorunda ən iri vergi ödəyicisiyik. Bu da Azərbaycanın iqtisadi inkişafına dəstək olmaq öhdəliyimizi bir daha vurğulayır, - Şirkətin Müşahidə Şurasının sədri deyib.
"McDonald's Azərbaycan” şirkətin in baş direktoru Oskar Boqopolskiy qeyd edib ki, bu gün “McDonald's” yerli sakinlər və turistlər də daxil olmaqla ildə 20 milyondan çox qonağa xidmət göstərir:
"Biz fəxr edirik ki, restoranlarımız yüksək xidmət səviyyəsi və məhsulların keyfiyyəti sayəsində gündəlik həyatın bir hissəsinə çevrilib. Kollektivimiz 2500-dən çox əməkdaşdan ibarətdir, 100-dən çox yerli tədarükçü ilə əməkdaşlığımız isə yerli iqtisadiyyatın güclənməsinə töhfə verir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























