Telegram üç ildən sonra mənfəətə çıxıb
Telegram-ın bu il 1 milyard dollardan çox cəmi gəlir əldə etdiyi açıqlanıb.Telegram-ın təsisçisi və Baş İcraçı Direktoru (CEO) Pavel Durov bildirib ki, proqram üç il əvvəl monetizasiya modelinə keçdikdən sonra ilk dəfə mənfəət əldə edib və bu il 1 milyard dollardan çox gəlir götürüb.
Marja.az xəbər verir ki, Durov Telegram-da verdiyi yazılı açıqlamasında, bu il "Telegram Premium" istifadəçilərinin sayının üç dəfə artaraq 12 milyonu keçdiyini bildirib.
Telegram-ın reklam gəlirlərinin də artdığına diqqət çəkən Durov, "Telegram-ın 2024-cü ildə cəmi gəliri 1 milyard dolları keçib və kripto aktivlər istisna olmaqla, ili 500 milyon dollardan çox pul ehtiyatı ilə bağlayırıq" deyib.
Telegram-ın borclarının əhəmiyyətli dərəcədə ödənildiyini qeyd edən Durov, "Təxmin etdiyim kimi, 2024-cü il Telegram üçün çox yaxşı bir il olacaq və 3 illik modeli tarixində ilk dəfə ili mənfəət ilə başa vurur" deyib.
Dünyanın məşhur ani mesajlaşma və sosial media proqramlarından biri olan Telegram-ın aylıq aktiv istifadəçilərinin sayı 900 milyon nəfərə çatıb.
Durov avqustun 24-də Parisin hava limanında şəxsi təyyarəsindən enərkən Telegram-da qeyri-qanuni məzmunlara icazə verildiyi səbəbilə saxlanılıb.
Barəsində 12 ittiham elan edilən Durov 96 saatlıq həbsdən sonra avqustun 28-də 5 milyon avro girov və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.Ona Fransa ərazisini tərk etmək qadağan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
41 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 43 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub























