Azərbaycan şirkəti Dollar istiqrazları buraxıb, Birja siyahısına daxil edib - ŞƏRTLƏR
"Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazları Bakı Fond Birjasında standart bazar seqmentində listinqə alınmışdır20 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Silk Vey Vest Aviaşirkəti” MMC-nin 20 milyon dollarlıq istiqrazları Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi 23 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Təklif olunacaq faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 20 min ədəd, hər birinin nominal dəyəri 1000 ABŞ Dolları, illik faiz dərəcəsi 5,5%-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Silk Vey Vest Aviaşirkəti” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2004023514
İstiqraqzların növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli
İstiqrazların sayı: 20 000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 USD
Buraxılış həcmi: 20 000, 000 USD
İllik gəlirlilik faizi: 5.5%
Ödəmə periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir
Ticarətə buraxılma tarixi: 23.12.2024
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























