“PAŞA Bank” və ADA Universiteti yeni sosial layihəyə start verdi
(®) Sosial məsuliyyətli korporativ vətəndaş olan "PAŞA Bank", ADA Universiteti və ADA Universiteti Fondu ilə birgə "Women in Change" adlı yeni sosial layihəyə start verib.
Hədəf kütləsi müxtəlif sahələrdə fəaliyyət göstərən xanım sahibkarların olduğu layihənin məqsədi qadınların peşəkar inkişafını dəstəkləmək, müasir əmək bazarının tələblərinə uyğun bacarıqlar qazandırmaq və onları müsbət dəyişiklik və tərəqqiyə təşviq etməkdir.
Layihə çərçivəsində iştirakçılara müxtəlif mövzularda sessiyalar təqdim olunacaq. Bu sessiyalar, maliyyə, liderlik, kommunikasiya, sahibkarlıq kimi sahələrdə bilik və bacarıqların artırılması məqsədilə millət vəkilləri və korporativ sektordan olan mütəxəssislər tərəfindən interaktiv təlimlərlə keçiriləcək. Həmçinin, qadınların yaradıcı və mənəvi potensialını üzə çıxarmağa kömək edəcək incəsənət və yoqa dərsləri də təşkil ediləcək.
“PAŞA Bank” ölkənin və cəmiyyətin dayanıqlı inkişafına yönəlmiş fəaliyyət və təşəbbüsləri həyata keçirərək, gender bərabərliyini təşviq edən layihələrə, qadınların karyera inkişafına və sahibkarlıq imkanlarının artırılmasına xüsusi önəm verir. Bank öz fəaliyyəti ilə BMT Qlobal Sazişinin Dayanıqlı İnkişaf Məqsədlərini, xüsusilə gender bərabərliyi, iqtisadi inkişaf və bərabərsizliklərin azaldılması məqsədlərini dəstəkləyir
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub


























