ABB-nin təşkilatçılığı ilə ölkəmizdə ilk Data və Süni İntellekt Sammiti keçirildi!
9 dekabr 2024-cü ildə Azərbaycanda ilk dəfə Data və Süni İntellekt Sammiti baş tutub. ABB-nin təşkilatçılığı ilə keçirilən Sammitə Azərbaycandan və xaricdən 250-dən çox iştirakçı qatılıb.
Sammitin spikerləri və panel müzakirələrinin iştirakçıları sırasında ABB ilə yanaşı, Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyinin, Böyük Britaniyanın Centrica şirkətinin, “Harvard Business Review” (Türkiye) jurnalının, EY Türkiyə şirkətinin, Azercell şirkətinin, Türkiyə İş Bankının, Mc Kinsey şirkətinin, Mastercard beynəlxalq ödəniş şirkətinin və başqa qurumların rəhbər təmsilçiləri də olub.
Belə bir tədbirin təşkilində məqsəd data icmasının təmsilçilərini bir araya toplayaraq təcrübə mübadiləsi aparmaq, yeni trendləri öyrənmək, qarşılıqlı əməkdaşlıqlar qurmaqdır.
Sammitdə data analitikanın və süni intellektin gələcəyi, rəqəmsal texnologiyalarla müştərilər üçün yeni təcrübələrin yaradılması və s. mövzularda təqdimatlar dinlənib. Süni intellekt dövründə data əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması mövzusunda panel müzakirələri aparılıb. Ayı-ayrı biznes sektorlarında, o cümlədən bankçılıqda datalardan effektiv istfadə ilə bağlı maraqlı keys həlləri təqdim edilib.
Sammitdə ABB-nin data texnologiyalarından istifadə sahəsində əldə etdiyi təcrübə barədə də ətraflı məlumat verilib, “ABB AI Factory” haqqında söhbət açılıb.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Müştərilər üçün data əsaslı rəqəmsal təcrübənin yaradılması ABB-nin əsas strateji hədəflərindəndir. ABB-də son 2 ildə yaradılmış süni intellekt modellerimizin sayı 125-ə çatıb. Bankımızda artıq müxtəlif sahələrdə 32 Süni İntellekt tətbiq ssenarisi (Use-case) uğurla həyata keçirilir, süni intellekt qərar vermə sürətimizi və dəqiqliyimizi artırır. Biz öz modellərimizin bizə gətirdiyi faydaları da ölçə bilirik, son 2 ildə süni intellekt modelləri ABB-yə 20.4 milyon manatlıq birbaşa müsbət maliyyə təsiri yaradıb”.
Onun sözlərinə görə, son 2 ildə süni intellekt həlləri Bankın aktiv riteyl müştərilərinin sayını 63% artırıb. Data texnologiyalarından istifadə sayəsində müştərilərə daha yaxşı təcrübələr təqdim edə bildiyinə görə ABB-nin müştəri məmnuniyyəti göstəricisi (NPS) də son bir neçə ildə 48-dən 76.8-ə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)







.jpg)


