Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları son 2 ayda 828 milyon dollar "əriyib"
Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollardan aşağı düşüb2024-cü ilin Noyabr ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 403,9 milyon dollar da azalaraq 10 milyard 967.8 milyon dollara düşüb.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Oktyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 424,1 milyon dollar azalaraq 11 milyard 371,7 milyon dollara geriləmişdi.
Son 2 ayda (oktyabr-noyabr) Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 828 milyon dollar azalıb.
2024-cü ilin Sentyabr ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 795,8 milyon ABŞ dollarına çatmışdı.
Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə valyuta ehtiyatlarından xüsusi satışlar həyata keçirib. Bununla əlaqədar olaraq rəsmi ehtiyatlar azalıb.
Rəsmi valyuta ehtiyatları (milyon ABŞ dolları ilə)
29.11.2024 10967.8
31.10.2024 11371.7
30.09.2024 11795.8
30.08.2024 11783.5
31.07.2024 11765.7
28.06.2024 11737.6
31.05.2024 11713.7
30.04.2024 11660.8
29.03.2024 11654.4
29.02.2024 11650.3
31.01.2024 11637.0
30.12.2023 11613.0
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























