Alış aktı üzrə dələduzluğa son - QAYDA DƏYİŞDİ
"Süni şəkildə vətəndaşların adından alış aktı tərtib edib, onlar üçün vergi yükü yaradırdılar. Yeni dəyişikliyə əsasən, vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir".
İdeovate Consulting audit şirkətinin direktor-auditoru, Nailə Namazova "alış aktı üzrə dələduzluq" haqqında maraqlı məqamlara toxunub.
Müsahibimiz Nailə Namazova belə qeyd edir:
"Bildiyimiz kimi, Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə istinadən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək lazımdır.
Həmçinin Vergi Məcəlləsinin müvafiq maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Nağdsız Hesablaşma Haqqında Qanunun Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən yalnız 3.5 ci maddəsində yer alan malları nağd qaydada satın ala bilər.
Vergi ödəyicisi Nağdsız Hesablaşma Haqqında qanunun tələblərini gözləməlidir. Digər tərəfdən Vergi Məcəlləsinin xüsusi maddələrini nəzərə almaqla elektron alış aktıyla alınan malın satışı həyata keçirilən zaman VM-nin 14.6.5 ci maddəsinin müddəaları gözlənilməklə satılan malın maya dəyəri xərc kimi tanınmalıdır və ya Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən Şərti Rentabellik Norması tətbiq edilməlidir.
“Bəs dələduzluq necə baş verə bilir?” sualımıza cavab olaraq Nailə xanım bildirir ki:
"Hal-hazırda alış aktı vasitəsilə dələduzluq edənlər də mövcuddur. Onlar süni şəkildə vətəndaşların adından alış aktı hazırlayırlar. Və beləliklə vətəndaş üçün süni vergi yükü yaranır".
“Bəs bunun qarşısını necə almaq olar?” sualına cavab olaraq isə o bildirdi ki, Nazirlər Kabinetinin 20 noyabr 2024-cü il tarixli qərarına əsasən “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarında dəyişiklik edilib.
"Dəyişiklikdən öncə vergi ödəyicisi vətəndaşdan mal aldıqda vergi sistemində “elektron alış aktı” tərtib etdikdən sonra gücləndirilmiş elektron imza ilə təsdiq edirdi. Nazirlər Kabinetinin yeni qərarı ilə vergi ödəyicisi ilə yanaşı mal təqdim edən vətəndaşın elektron alış aktını təsdiq etməyə ehtiyac olacaq. Yeni dəyişikliyə əsasən, Qaydaların 2.1-ci bəndin ikinci cümləsində “və” sözü “, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra” sözləri ilə əvəz edilib. Beləliklə, Qaydaların 2.1-ci bəndinə əsasən, vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir.
Misal. Vergi ödəyicisi vergi ödəyicisi olmayan vətəndaşdan 300 manatlıq mal alır. Bu zaman vergi ödəyicisi vergi sistemində sənədi hazırlayacaq. Vergi ödəyicisi elektron alış aktı sənədini hazırlandıqdan sonra təsdiq üçün vətəndaşa göndəriləcək. Bu zaman malları təqdim edən vətəndaşın öz adına qeydiyyatda olan mobil nömrə olması mütləq tələbdir. Vətəndaş öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS-i təsdiq etdikdən sonra vergi ödəyicisinə elektron imza ilə təsdiq imkanı yaradılacaq"
Bildiyimiz kimi, 2025-ci ildə Vergi Məcəlləsində bir sıra mühim dəyişikliklər olacaq. Bu dəyişikliklərdən xəbərsiz olan və uçotu düzgün qurulmayan sahibkarlar, cərimələnə bilərlər. Bu halın qarşısını almaq üçün işinizi peşəkarlara əmanət edin. Biz maliyyə uçotunun düzgün qurulması haqqında sizə konsultasiya təqdim edirik. Konsultasiyadan yararlanmaq üçün bizə müraciət edin!
ƏLAQƏ:
+994 10 252 06 51
H.Əliyev pr. 187.C BMS plaza 14-cü mərtəbə
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
-
4 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
5 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid

“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
