Azərbaycanda istehlak və ipoteka kreditlərinə tələb azalıb
Mərkəzi Bank tərəfindən 2024-cü ilin 3-cü rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. Sorğunun nəticələrində sahələr üzrə, o cümlədən istehlak və ipoteka kreditlərinin təhlili verilib.
Sorğunun nəticələrinə əsasən 2024-cü ilin III rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilmişdir. Banklar sorğuda əməkhaqqı kreditləri üzrə kredit standartlarında yumşalma olduğunu bildirmişlər.
Respondentlər cari ilin IV rübündə əmək haqqı kreditləri üzrə standartlarda yumşalmanın davam edəcəyini və kredit kartları üzrə standartlarda heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditlərinə tələb cüzi azalmışdır. İştirak edən respondentlərin cavablarına görə azalma əsasən kredit kartları hesabına olmuşdur. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə xüsusilə, kredit kartlarına tələbdə artım olacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən istehlak kreditləri üzrə bankın likvidlik mövqeyi və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir etmişdir. İstehlak kreditləri üzrə standartlarda dəyişiklik əsasən faiz dərəcələrinin artımı hesabına baş vermişdir.
Sorğunun 2024-cü il III rüb üzrə nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam etmişdir. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olmuşdur. İKZF hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməmişdir. Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər.
2024-cü ilin III rübündə cəmi ipoteka kreditlərinə tələb azalmışdır. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas drayveri daxili ipoteka kreditləri olmuşdur. Banklar tələbin azalmasına təsir göstərən faktor kimi faiz dərəcələrinin artımını göstərmişdir. Bankların gözləntilərinə əsasən növbəti rübdə Mənzil İnşaatı Dövlət Agentliyinin regiondakı layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq.
Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar olmuşdur. Əvvəlki rüblə müqayisədə bankların likvidlik mövqeyi kredit standardlarına daha çox təsir etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























