Azərbaycanda həyatın yığım sığortasının DSMF-yə daxilolmalara təsiri açıqlanıb
Həyatın yığım sığortasına yönəldilən əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin, habelə müvafiq sığortaya cəlb olunan sığortaolunanların artım tempinə malik olması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə və sosial sığorta resurslarının sərhədlərini məhdudlaşdıran amillər formalaşdırır.
Bu barədə Hesablama Palatasının Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, ötən il məcburi dövlət sosial sığortaya cəlb olunmayan gəlirlər 1 milyard 162,8 milyon manat təşkil edib ki, bu da il ərzində hesablanmış əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin 5,4 %-i qədər olub. Həmin vəsaitin 31,4 %-i həyatın yığım sığortasına yönəldilib.
Bu ilin I yarısında isə hesablanmış əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin 573,3 milyon manatı və yaxud 5,1 %-i məcburi dövlət sosial sığortaya cəlb olunmayan gəlirlərdən ibarətdir ki, bunun da 43,3 %-i həyatın yığım sığortasına yönəldilib. Həmin vəsait ötən ilin müvafiq istiqamət üzrə illik göstəricisinin 68 %-i qədər olmaqla yanaşı, ötən ilin I yarımillik üzrə göstəricisindən də 20,6 % çoxdur. Eyni zamanda, həyatın yığım sığortası ilə əhatə olunmuş sığortaolunanların say göstəricisində də artım müşahidə olunmaqdadır. Belə ki, yanvar-iyun ayları üzrə həyatın yığım sığortasına cəlb olunmuş sığortaolunların sayı ötən ilin illik göstəricisinin 58 %-i səviyyəsində, I yarısının göstəricisindən isə 12,2 % yüksəkdir.
Həyatın yığım sığortasına cəlb olunmuş vəsaitin 2023-cü il üzrə 360,9 milyon manatı, 2024-cü ilin ilk 6 ayı ərzində isə 245,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Bu isə, öz növbəsində, hər iki dövr üzrə ümumi vəsaitin 98,9 %-ni təşkil edir.
"Müvafiq sığorta növünün qısa zaman çərçivəsini əhatə etməsi, eyni zamanda sığortaolunanın qanunvericiliyin tələbinə uyğun əmək pensiyası hüquqlarını da məhdudlaşdırmaması sığortaolunanların həyatın yığım sığortasından yararlanmaq stimulunu yüksəldir. Sosial sığorta brendi olaraq həyatın yığım sığortasının yüksələn tempə malik olması gələcəkdə özəl maliyyə sektorunu alternativ sığorta növlərinin hazırlanıb tətbiq olunmasına stimullaşdıracaq. Bu isə, son nəticədə, fondun maliyyə göstəricilərinə təsir göstərən amildir", - deyə Rəydə qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti



























