Naxçıvanlılar geri qayıdırlar
Bu ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikaya geri qayıdan şəxslərin sayı açıqlanıb.Muxtar respublikanın şəhər və rayon icra hakimiyyətlərinin təqdim etdiyi siyahılara əsasən cari ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikaya geri qayıdan şəxslərin sayı, ümumilikdə, 312 nəfər olub.
Bu barədə Marja-ya Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, geri qayıdanların 182 nəfərini kişilər, 130 nəfərini isə qadınlar təşkil edib. Həmin şəxslərdən 47-si Naxçıvan şəhərində, 109-u Şərur, 22-si Babək, 3-ü Ordubad, 39-u Culfa, 2-si Kəngərli, 23-ü Şahbuz və 67-si Sədərək rayonlarında qeydə alınıb.
Muxtar respublikaya 214 nəfərdən ibarət 70 ailə, o cümlədən Naxçıvan şəhərində 31 nəfərdən ibarət 10, Şərur rayonunda 91 nəfərdən ibarət 28, Babək rayonunda 15 nəfərdən ibarət 5, Ordubad rayonunda 3 nəfərdən ibarət 1, Culfa rayonunda 27 nəfərdən ibarət 8, Şahbuz rayonunda 15 nəfərdən ibarət 6 və Sədərək rayonunda isə 32 nəfərdən ibarət 12 ailə geri qayıdıb. Bundan əlavə, 98 nəfər tək olaraq muxtar respublikaya geri qayıdan vətəndaşlardır.
Qeyd edək ki, muxtar respublikaya qayıdanlardan 174-ü Türkiyədən, 10-u Rusiyadan, 2-si Qazaxıstandan, 1-i Amerika Birləşmiş Ştatlarından, 1-i Almaniyadan, 1-i Ukraynadan, 123-ü isə Bakı şəhərindən, Abşeron, Ağcabədi və İsmayıllı rayonlarından olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 28 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)
.jpg)






.jpg)







