Trampın qələbəsindən sonra dəyərini itirən qızıl ucuzlaşmağa davam edəcəkmi?
Qlobal birjalarda qızıl ABŞ dollarının bahalaşamsı səbəbindən ucuzlaşıb. Ötən həftə ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi və Respublikaçılar Partiyasının Konqresə nəzarəti ələ keçirməsi ehtimalı qızıl bazarında "təhlükəsiz sığınacaq" tələbini azaldıb. Bu, 2021-ci ildən bəri ən böyük gündəlik enişlərdən birinə səbəb olub.
Marja.az xəbər verir ki, bu gün Nyu-York əmtəə birjasının Comex bölməsində qızıl daha 1 faizə yaxın ucuzlaşaraq bir unsiya üçün 2551 dollar olub (Bakı vaxtı ilə saat 13:20-yə olan məlumat). Qiymətlərdə son günlər baş verən itki 2021-ci ilin iyun ayından bəri ən böyük azalma kimi qeydə alınıb. Dow Jones Market Data məlumatlarına görə, qızıl qiymətləri bununla da son iki ayın ən aşağı səviyyəsinə düşüb.
Market Watch-un məlumatına görə, Zaner Metals-in vitse-prezidenti və baş metal strateqi Peter Qrant Trampın qələbəsi ilə başa çatan seçki prosesinin bazarlarda qeyri-müəyyənlik yaratdığını bildirib. Qrantın sözlərinə görə, seçkilərin sona çatması ilə bazarlarda siyasi qeyri-müəyyənlik azaldı və bu, riskli aktivlərə tələbi artırdı və "təhlükəsiz sığınacaq" hesab olunan qızılın qiymətini aşağı saldı. Xüsusilə, Tramp administrasiyasının daha aşağı vergilərə və daha az tənzimləmələrə üstünlük verəcəyi gözləntiləri investorların qızıl kimi "təhlükəsiz sığınacaq" aktivlərini tərk edərək səhmlərə üz tutmasına səbəb oldu.
Birjalardakı bu yüksəliş tendensiyası ABŞ fond indekslərində də özünü göstərdi. Dow Jones Industrial Average indeksi ilk dəfə olaraq 44.000 bənddən yuxarı bağlanmaq yolundadır və investorların diqqətini qızıl bazarından uzaqlaşdırır.
Bazar analitiklərindən Favad Razaqzada bildirib ki, Trampın qələbəsindən sonra qızılın bu ucuzlaşması investorların təhlükəsiz sığınacaq aktivlərini tərk etməyə başladığını göstərir. Bu enişin qalıcı deyil, müvəqqəti olacağını bildirən Razaqzada, mərkəzi bankların faiz endirimləri davam etdiyi üçün qızıl qiymətlərinin uzunmüddətli perspektivdə yüksəliş trendini davam etdirəcəyi qənaətindədir.
Zaner Metals-in vitse-prezidenti və baş metal strateqi Peter Qrant, "Seçkilərdən sonra toz yatanda" bazar diqqətini geosiyasi risklərə, Çin və Avropa iqtisadiyyatındakı yavaşlamaya, qlobal borcun artmasına, mərkəzi bankların qızıl alışlarına və Almaniya və Yaponiyadakı siyasi qeyri-müəyyənliklərə yönəldəcək. Bu amilləri nəzərə alaraq, qızılın qiymətinin ilin sonuna qədər yeni rekord həddə çatmasa da, uzunmüddətli perspektivdə bahalaşmaqda davam edəcək" deyib.
Oktyabr ayında 2801,80 dollarla ən yüksək səviyyəsinə çatan qızıl qiymətlərinin ilin sonuna qədər üfüqi olaraq qalacağını proqnozlaşdıran Qrant, 2025-ci ilin əvvəlindən etibarən yüksəliş trendinin yenidən başlaya biləcəyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA




















.jpg)


