ABA prezidenti bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatını elan edib - 2 MİLYARD VƏSAİT AYRILACAQ
Azərbaycanın bank icması, 2030-cu ilədək Azərbaycanın dayanıqlı və aşağı karbonlu iqtisadiyyata keçidinə töhfə verəcək dayanıqlı və “yaşıl” layihələrin maliyyələşdirilməsinə 2 milyard manat vəsait ayıracaq.Bu gün, 14 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Maliyyə, İnvestisiya və Ticarət Günü çərçivəsində qlobal liderləri “Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” mövzusu ətrafında toplayıb.
Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumatda bildirilir ki, tədbir AMB-nin sədri Taleh Kazımovun açılış nitqi ilə başlayıb və Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev tədbirin II panelində çıxış edib və bank sektoru adından Azərbaycan bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatını elan edib.
Bəyanat ““yaşıl” və dayanıqlı bankçılığın təşviqi”, “iqlim dəyişmələri ilə bağlı risklərin bank əməliyyatlarına inteqrasiyası”, “ESG Strategiyasının şəffaflığının və hesabatlılığının artırılması”, “dayanıqlı inkişaf üçün maraqlı tərəflərlə əməkdaşlıq”, “potensialın artırılmasına və innovasiyalara dəstək” adlı müddəalardan ibarət olub.
Zakir Nuriyev ayrı-ayrılıqda hər bir müddəaya toxunaraq bəyan edib:
1. ““Yaşıl” və dayanıqlı bankçılığın təşviqi
Azərbaycanda aşağı karbonlu, dayanıqlı iqtisadiyyata töhfə verən “yaşıl” layihələrə və dayanıqlı maliyyə təşəbbüslərinə dəstəyin artıracağıq. Bura ekoloji məsuliyyətli biznes təcrübələrini təşviq etmək üçün “yaşıl” kreditlər, dayanıqlılıqla əlaqəli kreditlər və ekoloji cəhətdən təmiz investisiya imkanları kimi bank məhsullarını hazırlanması və təklif edilməsi daxildir.
2. İqlim dəyişmələri ilə bağlı risklərin bank əməliyyatlarına inteqrasiyası
İqlim dəyişmələri ilə bağlı risklərin və imkanların risklərin idarə edilməsi çərçivələrimizə, kredit qərarlarımıza və strateji planlaşdırmamıza daxil edəcəyik. Bank fəaliyyətlərimizin milli və qlobal ekoloji məqsədlərə töhfə verməklə uzunmüddətli sabitliyi təmin edəcəyini bəyan edirik.
3. ESG Strategiyasının şəffaflığının və hesabatlılığının artırılması
Güclü “Ətraf mühit, sosial və idarəetmə (ESG) Strategiyası” qəbul etməklə bank fəaliyyətlərimizin şəffaflığının artırılması öhdəliyini götürürük. Kredit və investisiya portfellərimizin ətraf mühitə və cəmiyyətə təsirini ən qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq müntəzəm açıqlayacağımızı bəyan edirik.
4. Dayanıqlı inkişaf üçün maraqlı tərəflərlə əməkdaşlıq
Dayanıqlı iqtisadi inkişafı təşviq edən siyasət və təşəbbüsləri dəstəkləmək üçün tənzimləyicilər, siyasətçilər və digər maliyyə qurumları ilə sıx əməkdaşlıq edəcəyik. Biz bank sektorunun dayanıqlı gələcəyə töhfəsini artıran tərəfdaşlıqların qurulmasına kömək edəcəyimizi bəyan edirik.
5. Potensialın artırılmasına və innovasiyalara dəstək
Qurumlarımızda dayanıqlı maliyyə sahəsində potensialın və savadlılığın artırılmasına investisiya yatıracağıq. Biz dayanıqlı, iqlim dəyişmələrinə davamlı iqtisadiyyata keçidi dəstəkləyən bank xidmətlərində və texnologiyalarda innovasiyaları təşviq edəcəyik”.
Eyni zamanda Zakir Nuriyev çıxışda bəyanatın 6-cı müddəasından irəli gələrək qeyd edib ki, Azərbaycanın bank icması, 2030-cu ilədək Azərbaycanın dayanıqlı və aşağı karbonlu iqtisadiyyata keçidinə töhfə verəcək dayanıqlı və “yaşıl” layihələrin maliyyələşdirilməsinə 2 milyard manat vəsait ayıracaq.
Qeyd edək ki, noyabrın 11-dən başlayaraq Bakı nüfuzlu beynəlxalq tədbir olan COP29-a ev sahibliyi edir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir




























