“TələbəPlus” kartı ilk sahiblərinə təqdim edildi: tələbələri geniş imtiyazlar gözləyir
(®) Kapital Bank, Təhsilin İnkişafı Fondu (TİF) və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında imzalanan memoranduma əsasən tələbələrə yeni həllər təqdim edən “TələbəPlus” kartının təqdimatına start verilib.
4 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən tədbirdə qəbul imtahanlarında ən yüksək bal toplayaraq BDU-ya daxil olan 14 nəfər I kurs tələbəsinə “TələbəPlus” kartı təqdim olunub.
Mərasimdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev bu layihənin uğurlu olacağına inandığını, ali təhsil müəssisələrinin yaradılan imkandan kifayət qədər bəhrələnəcəyini, bu kartların tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcəyini, tələbələrin təhsil, səhiyyə, mədəniyyət və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklərini vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov da öz növbəsində “TələbəPlus” kartlarının ilk istifadəçiləri olan BDU tələbələrini təbrik edib. O, bu layihənin dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olduğunu qeyd edib. Layihənin növbəti mərhələdə peşə və orta ixtisas təhsilinə də şamil ediləcəyini bildirən sədr növbəti tədris ilində təhsil sahəsində çalışan əməkdaşların da layihədən yararlana biləcəklərini vurğulayıb.
Kapital Bank-ın Korporativ Satışlar departamentinin direktoru Qara Əbdülrəhmanov bildirib ki, “TələbəPlus” tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcək. Belə ki, kart tələbələrə gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradacaq.
“Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyevsə “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib və bu layihənin bir hissəsi olmaqdan məmnunluğunu bildirib.
Xatırladaq ki, “TələbəPlus” kartı təlim mərkəzləri, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri 200-dən artıq partnyorda imtiyazlar, endirimlər almaq fürsəti yaradır. Həmçinin, Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadə zamanı da tələbələr üçün güzəştlər tətbiq olunacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlərin “TələbəPlus”a qoşulması planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
57 d. əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir


























