9 ayda Gəncədə 451,1 milyon manatlıq sənaye məhsulu istehsal edilib
2024-cü il yanvar-sentyabr aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2024-cü il yanvar-sentyabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 451,1 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 95,9 milyon manatı yaxud 21,3 faizi dövlət sektorunun sənaye müəssisələri, 355,2 milyon manatı yaxud 78,7 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 353,9 milyon manatı yaxud 87,0 faizi qeyri-dövlət sektoruna aid olmaqla 406,6 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 90,8 milyon manat qida məhsulları istehsalı, 15,6 milyon manat içki, 204,4 milyon manat metallurgiya sənayesi məhsulları, 52,7 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 43,1 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-sentyabr ayları ərzində 65,3 min ton un, 14,2 ton makaron, 188,3 min dekalitr araq, 103,1 min dekalitr şərab, 461 ədəd traktor, 225 ədəd MAZ yük avtomobili, 10643,9 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 881 ədəd elektron, 347386 ədəd mexaniki su və qaz sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2024-cü il yanvar-sentyab ayları ərzində 24,5 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 19,0 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 34 d. əvvəl
- 48 d. əvvəl
-
-
55 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib



























