“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftənin cümə axşamı günü ABŞ-ın iqtisadi məlumatlarının yeni ev satışlarının proqnozları üstələdiyini, işsizlik müavinəti üçün müraciət edənlərin sayının azalmağını və biznes fəaliyyətinin sürətlə genişləndiyini göstərdiyi üçün, dollar ardıcıl dördüncü həftəni də artımla tamamladı.
İnvestorların ABŞ-da faiz dərəcələrinin endirilməsi ilə bağlı gözləntiləri və qarşıdan gələn prezident seçkiləri ilə bağlı riskləri yenidən qiymətləndirməsi nəticəsində ABŞ istiqrazlarının gəlirliliyi keçən həftənin son iki günündə azalıb.
Cari həftə ərzində isə sadəcə 150-dən çox “S&P 500” şirkətinin 3-cü rüb üçün öz gəlir hesabatlarını açıqlaması ilə yadda qalmayacaq. Bu həftə, ABŞ-da açıqlanacaq əmək bazarı, xüsusilə də “NFP” hesabatı investorların diqqət mərkəzində olacaq. Həmçinin, Amerikada dərc olunacaq “Conference Board” İstehlakçıların İnam İndeksi, “JOLTS” Boş İşyerləri və Vakansiyalar, eləcə də, ÜDM hesabatları dolların dünya birjalarındakı qiymətlərinə yön verə bilər. Cümə axşamı yayımlanacaq inflyasiya hesabatı da bu həftənin iqtisadi təqvimində yer alır.
Bu həftə, həmçinin, Avstraliyada, Almaniyada, Avrozonada və İsveçrədə İstehlak Qiymətləri İndeksi (CPİ), Almaniyada, Avrozonada və Kanadada Ümumdaxili Məhsulun Həcmi və Yaponiya Mərkəzi Bankının faiz qərarı investorların diqqətdə saxlayacağı əsas xəbərlərdəndir.
EUR
Ötən həftə Avrozonada proqnozların altında açıqlanan sənaye sektorunda, xidmət sektorunda və kompozit PMİ rəqəmləri, həmçinin, AMB sədri Kristin Laqardın həftənin çərşənbə axşamı və çərşənbə günləri ardıcıl çıxışları fonunda EURUSD məzənnəsi ardıcıl 4-cü həftəni də enişlə tamamladı.
Cari həftə ərzində Almaniyada və Avrozonada dərc olunacaq CPİ və ÜDM göstəriciləri EURUSD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər.
Ötən həftəyə 1.0860 səviyyəsində başlayan EURUSD məzənnəsi 1.0760 hədlərini test etdikdən sonra, buradan dəstək alaraq bir qədər bahalaşdı və həftəlik şamını 1.0790 həddində bağladı. “Ayılar” qiyməti 1.09$-ın altında qoruyub saxladığı müddətcə, eniş tendensiyası davam edə bilər.
Mümkün əks ssenaridə isə, 1.09$ səviyyəsi psixoloji müqavimət həddi kimi çıxış edir.
GBP
Keçən həftəyə 1.3040 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində eniş tendensiyasını davam etdirdi və 1.2910 həddini test etdi.
Lakin, bu səviyyədən dəstək tapan paritet bir qədər bahalaşdı. Həftəlik şamını 1.2950 səviyyəsində tamamlayan GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.30$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
OİLUK
Neft, Yaxın Şərqdəki geopolitik risklər və hasilatla bağlı mənzərə səbəbiylə iki günlük enişdən sonra, cümə günü yenidən bahalaşdı.
Digər yandan isə, treyderlər İsrailin İrana cavab hücumuna qarşı da həssaslıqlarını saxlayırlar.
Ötən həftəyə 73.50$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK) həftə ərzində mövcud geosiyasi və iqtisadi risklər fonunda bahalaşdı və həftəlik şamını 76$ həddində bağladı.
OİLUK-də qiymət 75$-ın üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər.
XAUUSD
Qızıl qarşıdan gələn ABŞ seçkiləri və Yaxın Şərqdəki münaqişələrdən qaynaqlanan təhlükəsiz sığınacaq tələbi ilə dəstəklənərək ardıcıl üçüncü həftəni qazancla başa vurdu.
FED-in qarşıdakı aylarda faiz dərəcələrini aşağı salmaq üçün daha mərhələli addım atacağına dair gözləntilər və möhkəmlənən dollar qızılın artım tendensiyasını dayandıra bilmədi. ABŞ-da gərgin keçməsi gözlənilən seçkilərə iki həftədən az vaxt qalıb və Respublikaçı namizəd Donald Tramp qlobal ticarəti pozacaq kütləvi vergi tarifləri vəd edir.
Qiymətli metal bu il indiyədək təxminən 32% bahalaşaraq 2024-cü ildə ən güclü performans göstərən əmtəə olub.
Beləliklə, artım tendensiyasını ardıcıl 3-cü həftə davam etdirən qiymətli metalın qarşısında duran əsas müqavimət hədləri kimi, 2758$ və 2810$ səviyyələri çıxış edir. 2715$ - 2.685$ diapazonu isə dəstək zonası kimi yaxından izlənilə bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat sonra
-
-
6 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
6 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















