Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü
Qazaxıstanda “Google” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Qafqaz və Mərkəzi Asiya 2024” hakatonu keçirilib.
Astanada təşkil olunan və 7 ölkədən 120-dən çox iştirakçının yarışdığı hakatonda Azərbaycan startapı “Farm Forward” 3-cü yerə sahib çıxıb.
Startapın sahibi Altun Tarverdiyev hakaton təşkilatçıları tərəfindən təltif olunub.
Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Səfər çərçivəsində nazir müavini Samir Məmmədov “Google” şirkətinin vitse-prezidenti Olqa Skorokodova və Qazaxıstan Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Kanış Tuleyuşinlə görüş keçirib. Görüşlər zamanı Samir Məmmədov Azərbaycanın rəqəmsal transformasiya çərçivəsində ekoloji tarazlığın qorunmasına yönəlik siyasəti dəstəklədiyini və noyabrda Bakıda keçiriləcək COP29 tədbiri zamanı da bu istiqamətdə səmərəli addımların atılmasının vacibliyini qeyd edib. Nazir müavini bildirib ki, Azərbaycan yeni açılmış İnnovasiya Mərkəzinin potensialının artırılması istiqamətində startaplarla əməkdaşlığa açıqdır.
Qeyd edək ki, “Dayanıqlı İnkişaf üçün Süni İntellekt Yarat!” devizi ilə baş tutan “Qafqaz və Mərkəzi Asiya 2024” hakatonu süni intellekt əsaslı startapları bir araya gətirib. Yarışda 21 startap final mərhələsinə keçib və münsiflər heyəti tərəfindən ən yüksək xalla qiymətləndirilən 3 komanda mükafata layiq görülüb. Qalib komandalara pul mükafatı verilib, inkubasiya dəstəyi və qlobal texnoloji firmalarla əməkdaşlıq imkanları yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)





