BOKT-lara qarşı risk menecmenti ilə bağlı tələblər dəyişəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) bank olmayan kredit təşkilatlarına (BOKT) qarşı risk menecmenti ilə bağlı tələbləri dəyişəcək.
Bunu AMB-nin Baş direktoru Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"BOKT-lara dair qanunvericilikdə edilmiş dəyişikliklərdən irəli gələrək AMB-nin risk menecmentlə bağlı tələblərində dəyişikliklər gözlənilir. Bu məqsədlə prudensial tənzimləmə qaydalarının yenilənməsi üzərində iş aparılır", - deyə o qeyd edib.
Bundan başqa, AMB rəsmisinin sözlərinə görə, Azərbaycanda BOKT-lar və ümumilikdə mikromaliyyə sektoru üçün informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tələblər müəyyənləşdirilib: "Bu məsələ növbəti illərdə bizim hədəf diapazonumuzda olacaq, yəni nəzarət və tənzimləmə tədbirləri hədəflənir".
T.Əliyev həmçinin deyib ki, AMB BOKT-larda kredit risklərinin idarə edilməsi üzrə yeni qaydalar hazırlayıb: "Qaydalar həm "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyi, həm də BOKT-larla müzakirə edilib, rəy və təkliflər əldə olunub. Bu yaxınlarda həmin sənədin qəbul edilməsi gözlənilir".
"Sektorun institusional potensialının gücləndirilməsi də əsas hədəflərimizdən biridir. Bu çərçivədə korporativ idarəetmə tələbələrinin sərtləşdirilməsi, kənar auditə dair tələblərin təkmilləşdirilməsi istiqamətində tənzimləyici fəaliyyət həyata keçirilməkdədir", - deyə T.Əliyev əlavə edib.
Qeyd edək ki, bu il oktyabrın 1-nə Azərbaycanda mikrokredit portfeli 630 milyon manat təşkil edib. Bu ölkə üzrə kredit qoyuluşunun 2,4 %-i deməkdir.
© "Report"
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 3 d. əvvəl
-
5 d. əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
-
- 9 d. əvvəl
-
22 d. əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
-
46 d. əvvəl
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
-
52 d. əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
- 58 d. əvvəl
-
1 saat əvvəl
"Son 2 il ərzində sığorta ödənişləri 57% artaraq 900 milyon manata çatıb"
-
1 saat əvvəl
Mərkəzi Bank: İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb
-
1 saat əvvəl
Mərkəzi Bank sığorta sahəsində yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələri açıqlayıb
-
1 saat əvvəl
Mərkəzi Bank faiz qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Mərkəzi Bank: İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb
Mərkəzi Bank sığorta sahəsində yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələri açıqlayıb
Ən çox oxunanlar
Mərkəzi Bank: Valyuta hərraclarında bankların tələbi azalıb, alışyönlü müdaxilə həyata keçirilib
Mərkəzi Bank faiz qərarını açıqladı
Bank ABB Xankəndidə Çağrı Mərkəzi yaradır
Gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət!
“Toxumçuluq haqqında” qanun layihəsi hazırlanıb
Milli Məclisə “Balıqçılıq haqqında” qanun layihəsi daxil olub

























