Bakıda ənənəvi Azərbaycan Mikromaliyyə Konfransı keçirilir
Bu gün Bakıda "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan Mikromaliyyə Konfransı keçirilir.
Bu dəfə tədbir “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda təşkil olunub.
Konfransda Assosiasiyanın Müşahidə Şurasının sədri Cəlal Əliyev, icraçı direktoru Jalə Hacıyeva, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azər Əmiraslanov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Prezidenti, Məmməd Musayev, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Azərbaycan Mərkəzi Bankının Baş direktoru, Toğrul Əliyev, Asiya İnkişaf Bankının ölkə direktoru, Sunniya Durrani-Camal, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin Prezidenti, Zakir Nuriyev, Polşa Mikromaliyyə Mərkəzinin Müşahidə Şurasının sədri Arçil Bakuradze iştirak edir.
Tədbirdə "Mikromaliyyə mühiti: Azərbaycan və qlobal təcrübə", "Mikromaliyyə təşkilatlarında rəqəmsal transformasiya və texnologiyalar", Rəqəmsal mikromaliyyədə kibertəhlükəsizlik çağırışları", "Mikromaliyyədə risklərin idarəetməsi" və "Maliyyəyə çıxış imkanları: İnvestorların rolu və maliyyə inklüzivliyi landşaftı" mövzularına həsr olunan panel-müzakirələr keçiriləcək.
Müzakirələrin məqsədi Azərbaycanda mikromaliyyənin mövcud vəziyyətini araşdırılmaq və onu qlobal tendensiyalarla müqayisə etmək, həmçinin rəqəmsal texnologiyaların mikromaliyyə əməliyyatlarına inteqrasiyasını və rəqəmsal mikromaliyyə landşaftında məlumat təhlükəsizliyinin təmin ermək, riskləri müəyyənləşdirmək, qiymətləndirmək və azaltmaq üçün həlli yolları müəyyən etmək və maliyyə inkiluzivliyinin formalaşmasına töhfə verməkdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















