Avropa Mərkəzi Bankından ardıcıl 2-ci faiz endirimi
Avropa Mərkəzi Bankı faiz dərəcəsini 0,25 faiz bəndi azaldaraq 3,25%-ə endirib.Avropa Mərkəzi Bankı (AMB, ECB) bazar proqnozuna paralel olaraq, sentyabr ayının ardınca oktyabr ayında da faizlərini azaltmaq qərarına gəlib.
Marja xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) depozit faizini 0,25 bənd azaldaraq 3,25 faizə endirib.
Həmçinin AMB əsas yenidən maliyyələşdirmə dərəcəsini 3,65 faizdən 3,40 faizə, marjinal maliyyələşdirmə dərəcəsini 3,90 faizdən 3,65 faizə endirib.
İqtisadçıların proqnozu da faiz dərəcələrinin bu səviyyələrə endirilməsi idi.
Bankın yaydığı press-relizdə Avro Bölgəsində inflyasiya prosesinin yolunda getdiyi mesajı verilib.
Press-relizdə, ECB, hədəfə çatmaq üçün faiz dərəcələrinin lazım olduğu müddətcə kifayət qədər məhdudlaşdırıcı saxlanılacağı mesajını verib. Mətndə deyilir: "İdarə heyəti məhdudiyyətlərin müvafiq səviyyəsini və müddətini müəyyən etmək üçün məlumatlara əsaslanan, iclasdan-iclasa qədər yanaşmanı davam etdirəcək".
Faiz qərarından əvvəl Avropa Statistika İdarəsi (Eurostat) Avro Zonası və Avropa İttifaqının (Aİ) sentyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.
Avrozonada avqust ayında 2,2% təşkil edən illik inflyasiya, sentyabrda 1,7% olub. İstehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabr ayında avqust ayı ilə müqayisədə 0,1% azalıb.
Bazar proqnozu Avrozonada illik inflyasiyanın sentyabr ayında 1,8 faiz təşkil edəcəyi, aylıq inflyasiyanın isə 0,1 faiz azalacağı idi.
Avrozonada baza inflyasiyası proqnoza uyğun olaraq sentyabr ayında illik 2,7 faiz səviyyəsində qeydə alınıb.
Bazar gözləntiləri Avrozonada illik inflyasiyanın sentyabr ayında 1,8 faiz artacağı, aylıq inflyasiyanın isə 0,1 faiz azalacağı idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
6 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















