Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 50 faizdə saxladığı uçot dərəcəsi ilə (bir həftəlik repo faiz) bağlı növbəti qərarını bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlayacaq.
Marja.az xəbər verir ki, bazar proqnozlarına görə, TCMB-nin faiz dərəcəsini dəyişməz saxlayacağı gözlənilir. Türkiyədə inflyasiyanın 50 faizdən aşağı düşməsinə baxmayaraq, mərkəzi bankın faiz dərəcəsi inflyasiyadan yuxarı qalmağa davam edəcək.
Qərarın iqtisadiyyata və bazarlara necə əks olunacağı maraqla gözlənilir.
Mərkəzi Bank sentyabr ayında faiz qərarından sonra yaydığı press-relizində bildirilib ki, üçüncü rübün göstəriciləri daxili tələbin yavaşlamağa davam etdiyini və inflyasiya təzyiqlərinin azaldığını təsdiqləyib.
Əlavə olaraq bildirilib ki, xidmət inflyasiyasında yaxşılaşmanın ilin son rübündə baş verəcəyi gözlənilir. Əvvəllər bildirilmişdi ki, xidmət inflyasiyasında yüksək sürət davam edir və yavaşlaması prosesi ləngiyir.
TCMB pul siyasəti ilə bağlı istifadə etdiyi dildə də dəyişiklik edib. Əvvəlki mətndə “İnflyasiyanın əhəmiyyətli və qalıcı bir şəkildə pisləşməsi proqnozlaşdırılarsa, pul siyasəti mövqeyi sərtləşdiriləcək”, yeni mətndə isə “pul siyasəti alətlərindən səmərəli istifadə ediləcəyi” ifadə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 26 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























