"Bank Avrasiya"nın kredit portfeli kiçilib, xalis mənfəəti azalıb
5,176
"Bank Avrasiya" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 3 milyon 484 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 953 min manat xalis mənfəət ilə bağlamışdı. Beləkilə, "Bank Avrasiya" ASC-nin xalis mənfəəti 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində 469 min manat və ya 11,9% azalıb.
GƏLİRLƏRİ AZALIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Bank Avrasiya"nın faiz gəlirləri 2023-cü ilin 9 ayında 12 milyon 217 min manat ikən, 2024-cü ilin 9 ayında 11 milyon 194 min manata düşüb. Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 725 min manatdan 1 milyon 860 min manata yüksəlib.
"Bank Avrasiya"nın əməliyyat mənfəəti 528 min manat və ya 10,2% azalaraq 4 milyon 648 min manata düşüb. Ötən ilin 9 ayında Bankın əməliyyat mənfəəti 5 milyon 176 min manat təşkil etmişdi.
KREDİT PORTFELİ KİÇİLİB
30 sentyabr 2023-cü il tarixi ilə müqayisədə, "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 5 milyon 423 min manat və ya 3,8% azalaraq 30 sentyabr 2024-cü il tarixində 136 milyon 819 min manat təşkil edib.
30 sentyabr 2024-cü il tarixində "Bank Avrasiya" 204 milyon 720 min manat cəmi aktivlərə malik olub. Bank 30 sentyabr 2023-cü il tarixində 202 miylon 244 min manat cəmi aktivlərə malik idi. Bankın depozit portfeli isə 1 milyon 502 min manat artaraq 66 milyon 810 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
30 sentyabr 2024-cü il tarixində "Bank Avrasiya" ASC 83 milyon 4 min manat məcmu kapitala malik olub. Bank ötən ilin eyni tarixində 77 milyon 78 min manat məcmu kapitala malik idi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
1 saat əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq
Ən çox oxunanlar

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
