“SİMA Token”in onlayn sifarişi mümkün oldu
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC vətəndaşlar və sahibkarlar üçün “SİMA Token” elektron imzasını onlayn sifariş etmək imkanını yaradıb. Artıq istənilən vaxt www.sima.az saytı vasitəsilə “SİMA Token” elektron imzasını sifariş etmək mümkündür.
Vətəndaşlar sifariş prosesini uğurla tamamlamaq üçün saytda onlayn sorğu yaradaraq şəxsiyyət vəsiqəsi məlumatlarını, gizli cavabını, çatdırılma ünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqə məlumatlarını qeyd etməlidirlər. Məlumatlar təqdim edildikdən sonra sifariş üçün müqavilə “SİMA İmza” ilə imzalanır. Vətəndaşlar üçün 3 illik Token imzasının məbləği 18 AZN təşkil edir.
Sahibkarlar isə “SİMA Token” imzası sifariş etmək üçün şəxsiyyət vəsiqəsi məlumatlarını, gizli cavabını, VÖEN nömrəsini, çatdırılma ünvanını (özünə yaxın poçt məntəqəsi) və əlaqə məlumatlarını qeyd etməlidirlər. Məlumatlar təqdim edildikdən sonra sifariş müqaviləsi “SİMA İmza” ilə imzalanır. Sahibkarlar üçün 3 illik Token imzasının məbləği 36 AZN-dir.
Qeyd edək ki, buna qədər “SİMA Token” sifariş etmək üçün vətəndaşlar və sahibkarlar xidmət məntəqəsinə getməli olurdular. İndi isə imzanı onlayn sifariş etməklə istifadəçilər satış məntəqələrinə getmədən və növbə gözləmədən vaxta qənaət edirlər. Elektron imza hazır olduqdan sonra isə onu təhvil almaq üçün seçdikləri poçt məntəqəsinə yaxınlaşmaq kifayətdir.
“SİMA Token”in əsas üstünlükləri tanınma, məxfilik, bütövlük və inkaredilməzlikdir. Tokendən elektron imza tələb olunan bütün sahələrdə, o cümlədən elektron vergi portalında, ipoteka krediti müraciətlərində, elektron məhkəmə sistemi, mobil notariat, ƏMAS, bank-maliyyə xidmətlərində istifadə etmək mümkündür.
“SİMA Token”dən istifadə üçün ardıcıl olaraq imzalayıcı proqram təminatını, “driver”i və mərkəzi sertifikatı yükləyib quraşdırmaq lazımdır. Daha sonra “SİMA Token”i kompüterə qoşmaqla istənilən sənədi onlayn qaydada imzalamaq mümkündür. Elektron imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və ya “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
15 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 15 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
18 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
19 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)



