"ABB İnvest" kapital bazarının yeni liderinə çevrilib - MÜSAHİBƏ
"ABB İnvest İnvestisiya Şirkəti" kapital bazarının yeni liderinə çevrilib. Bu barədə "ABB İnvest İnvestisiya Şirkəti"nin (ABB İnvest) Korporativ müştərilərlə iş departamentinin direktoru Vüqar Tanırverdiyev məlumat verib. O, müsahibəsində "ABB İnvest"in uğurlu nəticələri və kapital bazarındakı lider mövqeyindən danışıb.
-"Vüqar müəllim, Bakı Fond Birjasının açıqladığı 9 aylıq hesabata görə "ABB İnvest İnvestisiya Şirkəti" apardığı əməliyyatların həcminə görə yerli investisiya şirkətləri arasında ilk sırada yer almış və bu göstəriciyə görə kapital bazarının liderinə çevrilmişdir. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, qürurla demək istəyirəm ki, bu göstərici “ABB İnvest”in 4 illik əziyyəti, çalışqanlığı və əlbəttə ki, müştərilərimiziin göstərdiyi yüksək etimadın nəticəsidir. Geridə qoyduğumuz dövrdə biz bütün səylərimizi müştərilərə göstərilən investisiya xidmətlərinin keyfiyyətinin artırılmasına yönəltməyə çalışmışıq. Xidmət keyfiyyətinin artması həm sifarişlərin operativ qaydada qəbulu və icrasında, həm də müştərilərlə qarşılıqlı kommunikasiyanın yüksək səviyyədə saxlanılmasında öz əksini tapmışdır. Bu isə öz növbəsində Şirkətin müştərilərinin sayının artmasının və eyni zamanda "ABB İnvest" üzərindən aparılan əməliyyatların həcminin böyüməsinə müsbət töhfə vermişdir.
- Bu yaxınlarda sizin digər layihəniz də uğurla nəticələndi, bu barədə nə demək istərdiniz?
- Yəqin ki, ABB səhmlərinin kütləvi təklifi və yerləşdirilməsini nəzərdə tutursunuz. Bəli, onu deyə bilərəm ki, bu layihə nəinki “ABB İnvest”in, o cümlədən bütün Azərbaycan kapital bazarının böyük bir uğuru kimi qeyd edilə bilər. Çünki 3 ay müddətində 34 minə yaxın investor ABB səhmlərinə investisiya edərək ölkənin ən iri və gəlirli bankının səhmdarına çevrildi və əlbəttə ki, bu özü rekord bir göstəricidir. “ABB İnvest” yerli kapital bazarının tarixində ilk dəfədir ki, sifarişlərin elektron şəkildə qəbulunu təşkil etdi və nəticədə qəbul edilmiş sifarişlərin böyük əksəriyyəti rəqəmsal sifarişlərin payına düşdü.
- Növbəti planlarınız və layihələriniz haqqında nə deyə bilərsiniz?
- Hazırda ən aktual məsələ ABB səhmləri ilə təkrar bazarda kütləvi ticarətin investorlar üçün maksimal dərəcədə əlçatan və rahat etməkdir. Əlbəttə ki, burada söhbət təkrar bazar əməliyyatlarının rəqəmsallaşmasından gedir. Artıq qeyd etdiyim kimi, biz ABB səhmlərinə abunə yazılışı prosesini “ABB mobile” tətbiqi üzərindən aparılması üçün investorları funksionallıqla təmin etdik. İndiki mərhələdə hədəf həmin investorlar üçün təkrar bazar sifarişlərinin də mobil tətbiq üzərindən elektron şəkildə qəbul edilməsi və icrası üçün müvafiq şəraitin yaradılmasıdır. Bu istiqamətdə texniki işlər tamamlanmaq üzrədir və yaxın bir neçə gün ərzində bu imkan da “ABB İnvest”in müştərilərinə təqdim ediləcəkdir. Ümid edirəm ki, müştərilərimiz bu fürsətdən də yararlana və faydalana biləcəklər.
- Sualları cavablandırdığınız üçün təşəkkür edirik və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayrıq.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
1 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























