Sement İstehsalçıları Assosiasiyasının “Xalis Sıfır Yol Xəritəsi” nəzərdən keçirilib
(®) Ötən ay Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının (ASİA) “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünün 3-cü seminarı təşkil olunub. 2 günlük seminarda “Xalis Sıfır Yol Xəritəsi”nin yekun hesabatı müzakirə edilib.
Müzakirələrdə assosiasiya üzvlərinə maraqlı tərəflər – Azərbaycanın beton sənayesinin iştirakçıları, inşaat şirkətlərinin, dövlət qurumlarının, eləcə də qeyri-hökümət təşkilatlarının nümayəndələri qoşulublar.
“Xalis Sıfır Yol Xəritəsi”nin yekun hesabatının müzakirəsində sement və beton sektorunda bütün dəyər zənciri boyunca karbon emissiyalarının azaldılmasını nəzərdə tutan istiqamətlər yer alıb. Hesabatın təqdimatında sement istehsalında karbon emissiyalarının mühüm hissəsini təşkil edən klinker faktorunun aşağı salınması, eləcə də, alternativ yanacaqdan istifadə, səmərəli inşaat dizaynının təşkili və karbonun tutulmasından danışılıb. Qeyd olunanlarla yanaşı, karbon emissiyalarına dair müvafiq qanunvericiliyin və tənzimləmələrin müzakirəsi də aparılıb.
Yol xəritəsinin yekunlaşdırılması və təsdiqlənməsi ilə Azərbaycanın sement və beton sənayesinin 2050-ci ilədək xalis sıfır emissiyaya doğru yolu müəyyənləşəcək.
Qeyd edək ki, “Xalis Sıfır Yol Xəritəsi”nin hazırlanması zamanı assosiasiya üzvləri tərəfindən dövlət siyasəti nəzərə alınmaqla, Qlobal Sement və Beton Assosiasiyasının (GCCA) və Avropa Sement Tədqiqatı Akademiyasının (ECRA) elmi-praktik təcrübələrindən istifadə olunur.
Xəritənin yekun hesabatı COP29 zamanı ictimaiyyətə təqdim olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




