Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftənin sonu Amerikada artımla açıqlanan ÜDM, həmçinin proqnozların üzərində dərc olunan sənaye və xidmət sektorlarında PMİ rəqəmləri fonunda dollar major valyutalar qarşısında bir qədər gücləndi.
Lakin, İsveçrə Mərkəzi Bankının 0.25%-lik faiz endiriminə baxmayaraq, “güvənli liman” missiyasını davam etdirən frank dollar qarşısında aktuallığını qorudu.
Keçən həftə ərzində 146.470 yen həddinə qədər bahalaşan USDJPY məzənnəsi də, cümə günü Amerikada azalma ilə açıqlanan inflyasiya göstəricilərindən sonra kəskin ucuzlaşdı və həftəlik şamını 142.150 yen səviyyəsində bağladı.
Zəngin iqtisadi təqvim ilə xarakterizə edilə biləcək bu həftə ərzində, bütün diqqətlər cümə günü Amerikada dərc olunacaq əkəm bazarı, xüsusilə də “NFP” hesabatına yönələcək. Bundan başqa, Avrozonada, Almaniyada və İngiltərədə açıqlanacaq İstehlak Qiymətləri İndeksi, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi, ÜDM göstəriciləri, həmçinin, Amerikada yayımlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi, İşsizlik Müavinəti üçün Müraciətlərinin sayı kimi statistik məlumatlar və “JOLTS” Boş İşyerləri və Vakansiyalar hesabatı bu həftənin iqtisadi təqvimində yer alır. Həmçinin, FED sədri Cerom Pavelin, Avropa Mərkəzi Bankının sədri K.Laqardın çıxışları investorların diqqət mərkəzində olacaq.
Türkiyədə və İsveçrədə açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) hesabatları da maraqla gözlənilir.
EUR
Cari həftə ərzində Avrozonada və Almaniyada CPİ, eləcə də, sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, Avropa Mərkəzi Bankının son toplantısının dərc olunacaq protokolları, həmçinin, AMB sədri K.Laqardın çıxışı avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
Ötən həftəyə 1.1156 səviyyəsində start verən EUR/USD məzənnəsi bahalaşaraq 1.1214 həddini test etsə də, burada “ayılar”-ın müqaviməti ilə üzləşdi və həftəlik şamını 1.1160 həddində bağladı.
“Buğalar” qiyməti 1.12$ həddinin üzərinə qaytara və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ötən həftəyə 1.3320 səviyyəsində başlayan GBP/USD məzənnəsi 1.3430 həddinə kimi bahalaşsa da, bundan sonra bir qədər ucuzlaşdı və həftəlik şamını 1.3370 səviyyəsində tamamladı.
Cari həftə ərzində İngiltərədə dərc olunacaq ÜDM-in həcmi və PMİ gösətəriciləri funt-sterlinqin dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
“Buğalar” qiyməti 1.33$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
OİLUK
Ötən həftəyə 74.90$ səviyyəsində başlayan “Brent” nefti (OİLUK) həftə ərzində 76$-a kimi bahalaşsa da, S.Ərəbistanının itirdiyi bazarları geri qaytarmaq üçün neft hasilatını artıracağına dair açıqlamasından sonra neft yenidən ucuzlaşdı və həftəni 72.80$-da başa vurdu.
OİLUK-də “buğalar” qiyməti 75$-ın üzərində qaytara bilməsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
XAU/USD
Ötən həftəyə 2618.60$ həddində start verən qızıl növbəti dəfə tarixi maksimumlarını yenilədi. Ən son 2685.50$ həddini test etdikdən sonra, geriləyən “sarı metal” həftəlik şamını 2659.80$ həddində tamamladı.
“Buğalar” qiyməti 2630$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat sonra
-
-
4 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
5 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 5 saat əvvəl
-
5 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
5 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















